Bank Of Baku

YAP “Silahlı Qüvvələrə Yardım Fondu”na dəstək məqsədilə bu gün xeyriyyə konserti təşkil edir

YAP “Silahlı Qüvvələrə Yardım Fondu”na dəstək məqsədilə bu gün xeyriyyə konserti təşkil edir
# 16 iyun 2011 09:17 (UTC +04:00)
Bakı. Pərvin Abbasov – APA. Yeni Azərbaycan Partiyası (YAP) bu gün Mədəniyyət Mərkəzində (keçmiş Şəhriyar adına saray) “Silahlı Qüvvələrə Yardım Fondu”na dəstək məqsədilə xeyriyyə konserti təşkil edir. Partiyanın mətbuat xidmətindən APA-ya verilən məlumata görə, konsertdə YAP üzvü olan tanınmış sənətçilərdən xalq artisti Faiq Ağayev, Elza Seyidcahan, Ədalət Şükürov, Nadir Qafarzadə, Aygün Bəylər, Nura Suri, Maestro Ceyhun, Elton Məmmədov, Elnur Hüseynov, Sevda Yəhyayeva, Samir Dərgah və digərləri çıxış edəcəklər.
Tədbirdə Milli Məclisin deputatları, tanınmış ictimai-siyasi xadimlər, KİV nümayəndələri iştirak edəcəklər. Konsert saat 19.00-da başlayacaq.
Qeyd olunub ki, tədbirdən toplanan vəsait “Silahlı Qüvvələrə Yardım Fondu”na köçürüləcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR