Bank Of Baku

YAP “Silahlı Qüvvələrə Yardım Fondu”na dəstək məqsədilə xeyriyyə konserti təşkil edib

YAP “Silahlı Qüvvələrə Yardım Fondu”na dəstək məqsədilə xeyriyyə konserti təşkil edib
# 16 iyun 2011 16:45 (UTC +04:00)
Bakı. Pərvin Abbasov - APA. Yeni Azərbaycan Partiyası (YAP) bu gün Mədəniyyət Mərkəzində (keçmiş Şəhriyar adına saray) Silahlı Qüvvələrə Yardım Fonduna dəstək məqsədilə xeyriyyə konserti təşkil edib.

APA-nın məlumatına görə, konsertdə müxtəlif rəqs qrupları, tanınmış sənətçilərdən Elza Seyidcahan, Ədalət Şükürov, Aygün Bəylər, Elnur və digərləri çıxış ediblər.

Tədbirə Milli Məclisin deputatları, tanınmış ictimai-siyasi xadimlər, KİV nümayəndələri də qatılıblar. Konsertin gedişində elan olunub ki, Silahlı Qüvvələrə Yardım Fonduna 17 min manatdan artıq vəsait toplanıb. Konsertin sonuna qədər bu vəsaitin daha da artacağı gözlənilir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR