Qüdrət Həsənquliyev: “İctimai Palatanın 19 iyun aksiyası heç bir effekt verməyəcək və iflasa uğrayacaq”
Q. Həsənquliyevin qənaətinə görə, aksiyalarla bağlı qərarın arxasında "Eurovision" müsabiqəsindəki qələbədən sonra bütün dünyanın diqqətinin Azərbaycana yönəldiyini göz önünə alan xarici qüvvələrin maraqları dayanır: "Son zamanlar səfirlərin, eləcə də xarici ölkələrin və beynəlxalq təşkilatların təmsilçilərinin müxalifətin himayə və istifadə etdikləri qrupları ilə görüşü də məhz Azərbaycana qarşı təzyiq kampaniyasının stimullaşdırılması ilə bağlıdır. Bu gün Qərb dövlətləri Avropanın enerji təhlükəsizliyində mühüm rol oynayan Azərbaycanın "Nabucco" layihəsində iştirakını, eyni zamanda bu layihəni maliyyələşdirməsini təmin etmək üçün ölkəmizə qarşı müxtəlif formalı təzyiqlərdən istifadə edirlər. Azərbaycandakı kəmfürsət qruplar da istifadə olunduqlarını bilə-bilə yenidən ölkəmizə qarşı həyata keçirilən bu kampaniyada iştirak etməyi özlərinə rəva bilirlər. Baxın, həmin bu qüvvələr hər zaman hakimiyyəti neft kontraktlarından Azərbaycana siyasi dəstək qazandırmaq üçün istifadə edə bilməməkdə suçlayırlar. Azərbaycan neft kontraktlarının imzalandığı zamandan - 1994-cü ildəkindən dəfələrlə güclüdür. Təbii ki, ölkəmiz Avropanın enerji təhlükəsizliyində oynadığı rola və bunun müqabilində məruz qaldığı təzyiqlərə adekvat olaraq, siyasi dəstək istəyir. Amma Qərb dövlətləri istəyirlər ki, ərazilərinin 20 faizi işğal altında olan Azərbaycan Rusiya və İran kimi ölkələrin təzyiqlərinin qarşısında təkbaşına davam gətirərək, Avropanın enerji təhlükəsizliyinə yönələn layihələrdə özünün həm enerji, həm də maliyyə resurslarıyla iştirak etsin. Sual olunur: nəyin müqabilində? Bakı-Tiflis-Ceyhan neft ixrac kəmərinin çəkilişi zamanı hansı təzyiqlərə məruz qaldıq? Bunun müqabilində Qərb vəd etdiyi siyasi dəstəyi Azərbaycana verdimi? Əlbəttə ki, yox! Bəs indi nəyin müqabilində Azərbaycan "Nabucco"nun əleyhinə çıxış edən Rusiya ilə münasibətlərini gərginləşdirməlidir? Onsuz da ölkəmizin öz enerji resurslarını ixracı üçün müxtəlif alternativləri var. Yəni, "Nabucco" Azərbaycan üçün mühüm strateji və iqtisadi əhəmiyyət kəsb edən bir layihə deyil. Doğrudur, Azərbaycan "Nabucco"nun həyata keçirilməsinə etiraz etmir. Amma bir dövlət kimi özü üçün böyük siyasi və iqtisadi önəm daşımadığından bu layihəyə maliyyə yatırmaq, eləcə də ciddi siyasi qarşılığı olmadan Rusiya ilə münasibətlərini gərginləşdirmək istəmir. Hesab edirəm ki, bu tamamilə doğru seçimdir. Çünki "Nabucco"nun gerçəkləşməsində maraqlı olan güclər Azərbaycanın bu layihədəki iştirakının və maliyyə yatırımının müqabilində ölkəmizə heç nə vermək istəmirlər. Xarici ölkə səfirlərinin və təmsilçilərinin heç bir dayağı olmayan qüvvələrə süni nəfəs vermək məqsədi daşıyan görüşlərinin təməlində də məhz bu amillər dayanır".
BAXCP sədri İctimai Palatanın iyunun 19-a təyin etdiyi aksiyanın heç bir effekt verməyəcəyini və iflasa uğrayacağını da bildirib: “Bu aksiyaya nəinki İctimai Palatanın, heç bu qurumun Koordinasiya Şurasının üzvləri də qatılmayacaqlar və bu, növbəti iflas olacaq. İctimai Palata "Eurovision-2012" mahnı müsabiqəsi başa çatanadək aksiyalara moratorium qoymaqla, özünə qarşı olan münasibəti azacıq da olsa, dəyişə bilərdi. Təəssüf ki, bu şansdan da istifadə edə bilmədilər”.
Daxili siyasət
Bakının işğaldan azad edilməsindən 108 il ötür
Gəncədə Rus-Pravoslav Kilsəsinin 139 illiyi münasibətilə tədbir keçirilib
BMTMM-nin sədrinə 3 müavin təyin edilib - EKSKLÜZİV
Prezidentin xüsusi nümayəndəsi: Xankəndi şəhərində 28 min insan yaşayır
Xəbər Lenti
Neftin qiyməti 106 dollardan aşağı enib
Yexlaxda 91 yaşlı qadın eyvandan yıxılaraq ölüb
"Buker" mükafatının uzun siyahısı açıqlanıb
Bu günün valyuta məzənnələri
Yaponiya hökuməti kabinetdə dəyişikliklər ərəfəsində istefa verib
Ukrayna Yaroslavldakı NEZ-ə və Rostovdakı hərbi aerodroma zərbələr endirib
“Şərikli çörək” filminin ssenaristi, şair Alla Axundova vəfat edib
Bakıda bu yollarda sıxlıq var - SİYAHI
Rusiya Kiyevə zərbələr endirib, 12 nəfər yaralanıb
“Bitcoin”in qiyməti yenidən 76 min dolları ötüb
Lənkəranda baş verən qəzada ölən və xəsarət alanlar var - YENİLƏNİB 3
FED-in faiz qərarı fonunda ABŞ birjalarında eniş davam edib
Yəməndə hərbi əməliyyatlar 122 mindən çox insanı evindən didərgin salıb
Nepalda sel fəlakətində ölənlərin sayı 1403 nəfərə çatıb
ABŞ Fələstin Milli Administrasiyasının üzvlərinə qarşı sanksiyaları genişləndirib
Nümayəndələr Palatası Rusiyaya qarşı sanksiyaların sərtləşdirilməsini nəzərdə tutan qanun layihəsini qəbul edib
Meloni növbədənkənar parlament seçkilərinin keçirilməsi ehtimalını inkar edib
Tramp dövlət satınalmalarından çıxarılacaq Kanada mallarının siyahısının tərtib edilməsini tapşırıb
Britaniya ordusunun mayoru Ukraynada yol qəzasında ölüb
Karni Ursula fon der Leyen ilə Kanada-AB əməkdaşlığının gücləndirilməsini müzakirə edib
İmişlidə zəlzələ olub
Sabirabadda avtomobil piyadanı vurub öldürüb
XİN: Ukrayna enerji atəşkəsinə hazırdır və Rusiyadan təkliflər gözləyir
CENTCOM: Hörmüzdən 900 milyon bareldən çox xam neftin keçməsinə kömək etdik
Sosial müdafiə və sosial təminat xərclərində 43 milyon manatdan çox artım olacaq
Səhiyyə xərcləri 58 milyon manatdan çox artacaq
Təhsil xərclərində 1,6 faiz artım olacaq
Gələn il Azərbaycanın müdafiə və milli təhlükəsizlik xərcləri 1,1 faiz artacaq
2027-ci ildə Azərbaycanın inflyasiya proqnozu açıqlanıb
Azərbaycanın 2027-ci ildə iqtisadi artımı 3%-ə yaxın proqnozlaşdırılır
Manat gələn il də sabit qalacaq
Gələn ilin büdcəsində neftin qiyməti yenə 65 dollar götürülüb
2027-ci ildə Azərbaycanın dövlət büdcəsi 42 milyard manatdan çox olacaq
Gələn il üzrə icmal büdcənin gəlir və xərcləri açıqlanıb
Paşinyan: Kərkiyə Kərki dedim, çünki bu, Kərkidir
İsveçrədə yüngül təyyarə qəzaya uğrayıb, 3 nəfər ölüb
Azərbaycan səfiri Lavrovun müavini ilə görüşüb
“Mahan Air”in Türkiyə və Omana bəzi uçuşları ləğv edilib
Əli Nağıyev Qazaxıstan Respublikasına səfər edib
Fransada yanacaq təchizatında problemlər yaranıb
ADMİU-nun birinci kurs tələbələri barədə aşağılayıcı ifadələr işlədən şəxs universitetdən xaric edilib
CNN: Rusiya ABŞ obyektlərinə zərbələr endirməsi üçün İrana kəşfiyyat məlumatları ötürüb
Paşinyan qondarma “DQR”-in “nümayəndəliyi”nə məxsus binanın dövlət balansına keçiriləcəyini bildirib
2027-ci ilin dövlət və icmal büdcələrinin layihələri Nazirlər Kabinetinə təqdim edilib
Hikmət Hacıyev Ərəb Media Forumunda Qarabağda və digər bölgələrdə Qafqaz Albaniyasının zəngin xristian irsi barədə danışıb
İlk tədris günündə avtobuslarla rekord sayda sərnişin daşınıb
Ukrayna enerji atəşkəsi ilə bağlı Rusiyadan obyektlərin siyahısını gözləyir
ADY: Şəhərətrafı qatar reyslərinin sayı artırılır - CƏDVƏL