Bank Of Baku

“Məhkəmə fəaliyyəti haqqında informasiya əldə etmək haqqında” qanun layihəsi üçüncü oxunuş üçün Milli Məclisin plenar iclasına tövsiyə olunub

“Məhkəmə fəaliyyəti haqqında informasiya əldə etmək haqqında” qanun layihəsi üçüncü oxunuş üçün Milli Məclisin plenar iclasına tövsiyə olunub
# 17 iyun 2011 13:56 (UTC +04:00)
APA-nın məlumatına görə, komitənin bu gün keçirilən iclasında qanun layihəsi müzakirə olunaraq parlamentin plenar iclasına tövsiyə edilib.

Qanun layihəsi 4 fəsil və 25 maddədən ibarətdir.

Layihədə qeyd olunub ki, məhkəmə fəaliyyəti haqqında informasiyalar dövlət və kommersiya sirrinə, yaxud qanunla qorunan digər konfidensial məlumatlara aiddirsə, həmin informasiyaların əldə edilməsi məhdudlaşdırılır. Məhkəmə fəaliyyətinə dair informasiyalar şifahi və yazılı, o cümlədən elektron poçt vasitəsi ilə verilə bilər. Qanuna əsasən məhkəmələrdə informasiyaların verilməsi üçün müvafiq struktur bölmə və vəzifəli şəxs müəyyənləşdiriləcək. Məlumatlar həmçinin məhkəmələrin internet saytında yerləşdiriləcək.

Qanunda qeyd olunub ki, birinci instansiya məhkəmələrinin hökmlərinin mətni qüvvəyə mindiyi gündən, digər məhkəmələrin aktlarının mətni aktlar qüvvəyə minəndən 10 gün müddətinə saytda yerləşdirilməlidir.

Milli təhlükəsizlik məsələləri, şəxsiyyətin cinsi toxunulmazlığı və cinsi azadlığı əleyhinə cinayətlər, uşağın övladlığa götürülməsi, vətəndaşlıq vəziyyəti aktlarına əlavə və dəyişikliklər haqqında məlumatların internetdə yerləşdirilməsi və dərcinə yol verilmir. Bundan başqa, Konstitusiya Məhkəməsindən başqa, məhkəmə aktları internetdə yerləşdirilərkən və ya dərc olunarkən hakim, prokuror və vəkilin ad-soyadı istisna olunmaqla, iştirak edən digər şəxslər barədə fərdi məlumatlar aktın mətnindən çıxarılmalıdır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR