Bank Of Baku

Əli Əliyev: «Vətəndaş Hərəkatı Forumu danışıqları ləngidir»

Əli Əliyev: «Vətəndaş Hərəkatı Forumu danışıqları ləngidir»
# 18 iyun 2011 15:19 (UTC +04:00)
Bakı. Ramil Məmmədli – APA. «Yaşıllar, Liberal, Vətəndaş və İnkişaf partiyalarının əməkdaşlığa dair apardıqları danışıqların birlik yaradılması ilə yekunlaşacağını demək olmaz». Bu açıqlamanı APA-ya Vətəndaş və İnkişaf Partiyasının (VİP) sədri Əli Əliyev verib.

Ə.Əliyev bildirib ki, partiyalar arasında münasibətlər sistemi ümumi razılıqla olacaq. Birinci mərhələdə blokdan az öhdəliyi nəzərdə tutan əməkdaşlıq formasının tətbiq olunması nəzərdə tutulur: «Ancaq son toplantıda belə qərara gəlmişik ki, əməkdaşlıq məsələsinin formatının rəsmiləşdirilməsi vaxtını ləngitməyimiz ümumi işimizə ziyandır. Bu günə qədər ləngimənin səbəbi isə Vətəndaş Hərəkatı Forumunun «8-lərin zirvə görüşü»nün keçirilməsi təşəbbüsü olub».

Ə.Əliyev Yaşıllar, Liberal, Vətəndaş və İnkişaf partiyalarının təsis edəcəyi qurumun fəaliyyət istiqamətlərinin də müəyyənləşdiyini vurğulayıb: «Yaxın bir ayda təşkilatlanma ilə bağlı qərarımızı elan edəcəyik».
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR