Bank Of Baku

Polis “Nərimanov” parkını boşaltmağa başlayıb

Polis “Nərimanov” parkını boşaltmağa başlayıb
# 19 iyun 2011 13:04 (UTC +04:00)
APA-nın hadisə yerində olan müxbirinin verdiyi məlumata görə, parka giriş-çıxış məhdudlaşdırılıb, parkda istirahət edənlər isə ərazidən çıxarılır.

Eyni zamanda polis ərazidə olan avtomobillərin sahiblərinə səsgücləndiricilər vasitəsilə müraciət edərək, maşınlarını parkın ətrafından yığışdırmağa çağırır.

Polislərə Bakı Şəhər Baş Polis idarəsinin rəis müavini Səhlab Bağırov rəhbərlik edir.

Qeyd edək ki, İctimai Palata bu gün saat 17.00-dan 19.00-dək “Nərimanov” parkında razılaşdırılmamış aksiya keçirməyi planlaşdırır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR