Bank Of Baku

AXCP və Müsavat Partiyasının bir neçə üzvü polisə aparılıb

AXCP və Müsavat Partiyasının bir neçə üzvü polisə aparılıb
# 19 iyun 2011 13:29 (UTC +04:00)
Bakı – APA. AXCP və Müsavat Partiyasının bir neçə üzvünə İctimai Palatanın (İP) iyunun 19-a təyin etdiyi mitinqində iştirak etməmək haqqında xəbərdarlıq edilib. APA-nın xəbərinə görə, İP-nin yaydığı məlumatda bildirilir ki, Müsavat Partiyası Xaçmaz rayon təşkilatının sədri Ramazan Əliyev və partiyanın Sabirabad rayon təşkilatının sədri Azər İsmayılova, Sabirabad rayonunda fəaliyyət göstərən AXCP fəalları - Səttar Şahlarov, Sahib Rüstəmov, Tofiq Zeynalov və digər iki nəfərə mitinqə getməmək haqqında xəbərdarlıq olunub.

Bu gün səhər Müsavat Partiyası Sumqayıt şəhər təşkilatının fəalları Elçin Səlimov Sumqayıt şəhərindəki 3-cü polis bölməsinə, Rövşən Muradov 1-ci polis bölməsinə, Xanım Mirzəyeva və AXCP-nin Sumqayıt təşkilatının sədri Mahir Qulubəyli isə 4-cü polis bölməsinə aparılıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR