Bank Of Baku

İctimai Palatanın bu günə təyin etdiyi razılaşdırılmamış aksiya ilə bağlı rəsmi məlumat yayılıb

İctimai Palatanın bu günə təyin etdiyi razılaşdırılmamış aksiya ilə bağlı rəsmi məlumat yayılıb
# 19 iyun 2011 17:29 (UTC +04:00)
BŞBPİ-dən APA-ya verilən xəbərə görə, açıqlamada bildirilir ki, özünü İctimai Palata adlandıran quruma daxil olan ayrı-ayrı radikal müxalifət partiyalarının üzvləri 2011-ci il iyunun 19-da paytaxtın müxtəlif yerlərində toplantıların təşkili və keçirilməsi qaydasını və ictimai asayişi pozan hərəkətlərə yol veriblər.

Əksəriyyəti Müsavat və Azərbaycan Xalq Cəbhəsi partiyalarının üzvləri olan bu qanunsuz aksiyanın iştirakçıları saat 17.00-dan başlayaraq ayrı-ayrı kiçik qruplarla əhalinin dincliyini, hüquq və azadlıqlarını, şəhər nəqliyyatının normal fəaliyyətini pozub, onları hüquq qaydasına riayət etməyə dəvət edən polis əməkdaşlarına müqavimət göstərib, xırda xuliqanlıq əməlləri törədiblər.

Görülmüş tədbirlərlə ümumi sayı 80 nəfərədək olan aksiya iştirakçılarından toplantıların keçirilməsi qaydasını pozmuş, polis işçisinin qanuni tələbinə qəsdən tabe olmama və xırda xuliqanlıq xətaları törətmiş 23 nəfəri saxlanılıb. Onların əməlləri qanunla müəyyən edilmiş tədbirlərin görülməsi üçün sənədləşdirilərək 10 nəfər barədə toplanmış materiallar aidiyyəti məhkəmələrə göndərilib, daha 13 nəfər haqda ərazi polis orqanlarında müvafiq qərarlar qəbul edilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR