Bank Of Baku

Sərdar Cəlaloğlu: “İctimai Palatada əvvəldən elə prinsiplər müəyyənləşdirilmişdi ki, həmin prinsiplər qurumun ölümə məhkum olması deməkdir”

Sərdar Cəlaloğlu: “İctimai Palatada əvvəldən elə prinsiplər müəyyənləşdirilmişdi ki, həmin prinsiplər qurumun ölümə məhkum olması deməkdir”
# 20 iyun 2011 08:43 (UTC +04:00)
Bu açıqlamanı APA-ya Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlu verib. ADP sədri deyib ki, özünü məhdudlaşdırma məhv olmanın səbəblərindən biridir: “Açıq sistemlər yaşama qabiliyyətinə malikdir və həyat üçün yeni enerji alır. İctimai Palatanın seçim etməsi və özünü məhdudlaşdırması qabaqcadan onun uzunömürlü olmayacağını və məhvə məhkum olacağını göstərən faktorlardan biri idi. Bu gün də həmin sindromun get-gedə İctimai Palatanı məhvə apardığını görürük”.

S. Cəlaloğlu qeyd edib ki, bu, bir elmi yanaşmadır. İnsanın ölümünün də səbəbi orqanizmin qapalı vəziyyətə keçməsidir: “Bu baxımdan da İctimai Palatada əvvəlcədən elə prinsiplər müəyyənləşdirilmişdi ki, həmin yanaşmalar, həmin prinsiplər qurumun yeniləşməsinə, inkişafına, genişlənməsinə imkan vermirdi. Bu amillərdən məhrum olmaq isə ölmək məhkum olmaq deməkdir”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR