Bank Of Baku

Mirmahmud Mirəlioğlu: “Razılaşdırılmış mitinqlər keçirilməlidir”

Mirmahmud Mirəlioğlu: “Razılaşdırılmış mitinqlər keçirilməlidir”
# 20 iyun 2011 09:55 (UTC +04:00)
Bakı. Ramil Məmmədli – APA. “Kütləvi aksiyaları siyasi təşkilatların inhisarından çıxarmaq və onu həqiqətən kütləvi aksiya kimi keçirmək lazımdır”. Bu açıqlamanı APA-ya Klassik Xalq Cəbhəsi Partiyasının (KXCP) sədri Mirmahmud Mirəlioğlu verib. Partiya sədri deyib ki, bu nəticəyə nail olmaq üçün razılaşdırılmış mitinqlər keçirilməlidir: “Buna nail olmaq lazımdır. Bunu da öncədən hər kəsə demişik. İctimai Palatanın razılaşdırılmamış aksiyalar keçirməsi ilə bağlı qərarına əvvəlcədən münasibətimizi bildirmişdik”.

M. Mirəlioğlu KXCP Gənclər Təşkilatının bir neçə üzvünün İctimai Palatanın iyunun 19-da paytaxtda keçirməyə cəhd göstərdiyi aksiyada iştirak etdiyini söyləyib: “Biz qəti şəkildə bildirmişdik ki, xüsusilə də qurultay öncəsi razılaşdırılmamış aksiyalarda iştirakı məqbul saymırıq. Öz mövqeyimizdə qalırıq və əlavə etmək istəmirik. Hesab edirəm ki, hər kəs öz əməlinə cavabdehdir”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR