Bank Of Baku

Bir qrup məşhur sənətçi YAP-a üzv olub - FOTOSESSİYA

Bir qrup məşhur sənətçi YAP-a üzv olub - <font color=red>FOTOSESSİYA</font>
# 20 iyun 2011 13:40 (UTC +04:00)
APA-nın məlumatına görə, tədbirdə çıxış edən partiyanın icra katibi, sədr müavini Əli Əhmədov YAP üzvlərinin sayının 540 minə yaxınlaşdığını deyib.

Ə. Əhmədov son vaxtlarda sənət adamlarının YAP-a sıralarına üz tutduğunu vurğulayıb: “Düzdür, sənətçilər əvvəl də bizim partiyaya üzv olurdular, ancaq hazırda bu, daha da intensivləşib”.

“Biz həmişə opponentlərimizə də deyirik ki, siz bizimlə mübarizə aparırsınız. Biz isə insanların yaxşı yaşaması, inkişaf üçün mübarizə aparırıq” – deyə, Ə. Əhmədov bildirib.

Partiya rəsmisi incəsənət nümayəndələrini YAP-a üzv olması münasibətilə təbrik edib.

Tədbirdə əməkdar artistlər Gülyaz və Gülyanaq Məmmədova, Rəşad İlyasov, Vəfa Zeynalova, Tünzalə Ağayeva, həmçinin digər sənətçilər Ceyhun İsmayılov (maestro) və aktyor Azər Axşama partiyaya üzvlük vəsiqəsi təqdim edilib.

Tədbirdə YAP icra katibinin müavini Siyavuş Novruzov və partiya Siyasi Şurasının üzvü Kərim Kərimov da iştirak ediblər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR