Bank Of Baku

ADP Dağlıq Qarabağa aralıq status verilməsinin qəti əleyhinədir

ADP Dağlıq Qarabağa aralıq status verilməsinin qəti əleyhinədir
# 20 iyun 2011 14:02 (UTC +04:00)
Bakı. Ramil Məmmədli – APA. Azərbaycan Demokrat Partiyası (ADP) İdarə Heyətinin növbəti toplantısı keçirilib. Partiyanın mətbuat xidmətindən APA-ya verilən məlumata görə, İdarə Heyəti Qarabağ münaqişəsinin nizamlanmasına dair iyunun 24-də Kazanda keçiriləcək danışıqlar və həmin danışıqlar zamanı imzalanması planlaşdırılan “çərçivə sazişi”nin mətbuata çıxan mətnini müzakirə edib.

ADP Dağlıq Qarabağın aralıq statusunun qəti əleyhinə çıxıb, Dağlıq Qarabağın beynəlxalq təşkilatlara üzv olmaq hüququnun yaranmasını onun Azərbaycandan qoparılması kimi dəyərləndirib. Toplantıda ATƏT-in Minsk Qrupunun bu fəaliyyəti işğalçı tərəfin mükafatlandırılması kimi dəyərləndirilib, bu halın işğalçı və separatçı qüvvələri həvəsləndirə biləcəyi və beynəlxalq aləm üçün pis bir ənənə yaradacağı qeyd edilib.

İdarə Heyəti iyunun 15-də amerikalı jurnalist Amanda Eriksonla britaniyalı hüquq müdafiəçisi Silya Devisin Bakıda naməlum şəxslərin hücumuna məruz qalması hadisəsinin arxasında şübhəli siyasi məqamların olduğunu da ehtimal edir.

Yığıncaqda iyunun 19-da İctimai Palatanın keçirməyə cəhd göstərdiyi aksiyaya da münasibət bildirilib. Müzakirələrdə insanların mitinq öncəsi həbs olunması, aksiya iştirakçılarına qarşı güc tətbiq edilməsi və aksiyaya imkan verilməməsi qətiyyətlə pislənilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR