Bank Of Baku

Bəxtiyar Hacıyevin apellyasiya şikayətinə iyunun 23-də baxılacaq

Bəxtiyar Hacıyevin apellyasiya şikayətinə iyunun 23-də baxılacaq
# 20 iyun 2011 14:19 (UTC +04:00)
Bakı. Şəhriyar Əlizadə - APA. Həbsdə olan keçmiş deputatlığa namizəd Bəxtiyar Hacıyevin cinayət işi üzrə birinci instansiya məhkəməsinin hökmündən verilən apellyasiya şikayəti əsasında məhkəmənin ilkin baxış iclasının vaxtı müəyyənləşib. APA-nın xəbərinə görə, apellyasiya şikayətinə iyunun 23-də Gəncə şəhər Apellyasiya Məhkəməsində baxılacaq. Prosesə hakim Çingiz Məmmədov sədrlik edəcək.

Qeyd edək ki, Bəxtiyar Hacıyev bu il martın 4-də Gəncə şəhərində həbs edilib. Mayın 18-də Gəncə şəhər Nizami rayon Məhkəməsi hərbi xidmətdən yayınmaq üçün növbəti hərbi çağırışdan və ya səfərbərlik üzrə çağırışdan boyun qaçırma maddəsi ilə irəli sürülmüş ittiham üzrə B. Hacıyev haqqında 2 illik həbs qərarı çıxarıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR