Bank Of Baku

İqbal Ağazadə: “Hazırda müxalifətin birliyi məsələsi aktual deyil”

İqbal Ağazadə: “Hazırda müxalifətin birliyi məsələsi aktual deyil”
# 21 iyun 2011 09:43 (UTC +04:00)
Bakı. Ramil Məmmədli – APA. ““Qarabağ” blokunun həmtəsisçisi kimi müxalifətdaxili məsələləri dartışmaq və yeni inteqrasiya prosesi barədə düşünmək niyyətim yoxdur. Bu barədə cəhd də etmirəm. Çünki bu gün üçün müxalifətin birliyi məsələsi aktual deyil”. Bu açıqlamanı APA-ya Ümid Partiyasının sədri İqbal Ağazadə verib. O deyib ki, bu ilin fevral-mart aylarında birlik məsələsi nə qədər aktual idisə, hazırkı məqamda həmin məsələ öz aktuallığını itirib. Buna yönələn cəhdlər isə birmənalı şəkildə uğursuzluqla nəticələnəcək.

İ. Ağazadə qeyd edib ki, Azərbaycanda siyasətə böyük əksəriyyət əhval-ruhiyyə pəncərəsindən baxır: “İctimai Palata proseslərə, baş verən hadisələrə doğru-dürüst yanaşmadığı üçün hakimiyyətdən narazı qurumları ətrafında toplaya bilmədi”.

Partiya sədri Vətəndaş Hərəkatı Forumunun müxalifətdə təmsil olunan bir qrup partiya liderinin iştirakı ilə zirvə görüşünün keçirilməsi məsələsinə də münasibətini bildirib: “Bu forum təklifini verib və biz məqbul dəyərləndirmişik. Ancaq orada müsbət nəyinsə olacağına ümid etmirəm”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR