Bank Of Baku

Ombudsman 19 iyun aksiyası ilə bağlı araşdırma aparıb

Ombudsman 19 iyun aksiyası ilə bağlı araşdırma aparıb
# 21 iyun 2011 11:13 (UTC +04:00)
Bakı – APA. Azərbaycan Respublikasının insan hüquqları üzrə müvəkkili Elmira Süleymanovanın tapşırığına əsasən Ombudsman Aparatının əməkdaşları iyunun 19-da keçirilmiş aksiya zamanı saxlanılan şəxslərlə görüşmək məqsədilə Bakı Şəhər Baş Polis İdarəsinin İnzibati həbs olunanların saxlanma məntəqəsinə baş çəkiblər. Ombudsman Aparatından APA-ya verilən məlumata görə, araşdırma zamanı məlum olub ki, məntəqədə 5 nəfər aksiya iştirakçısı saxlanılır. Belə ki, Əhmədov Elçin Nəsib oğlu, Abbasov Vahid Cəlil oğlu, Carçıyev Orxan Nəriman oğlu, Məmmədov Qafqaz Süleyman oğlu 5 gün müddətinə, Baxışov Ramil İldırım oğlu isə 3 gün müddətinə inzibati qaydada həbs ediliblər. Saxlanılan şəxslər saxlanma şəraiti və müəssisə əməkdaşlarının onlarla rəftarından şikayət etməyiblər. Lakin onlardan 2-si aksiya zamanı polis avtomobilinə mindirilərkən kobud rəftara məruz qaldıqlarını bildiriblər.

Ombudsman daxili işlər nazirinə məktubla müraciət edərək saxlanılmış şəxslərdən alınmış məlumatların yoxlanılmasını, qanun çərçivəsində tədbir görülməsini və nəticəsi barədə məlumat verilməsini xahiş edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR