Bank Of Baku

Hüquq müdafiəçisi Elçin Behbudov DİN-in İnzibati Həbs Olunanların Saxlanma Məntəqəsində monitorinq keçirib

Hüquq müdafiəçisi Elçin Behbudov DİN-in İnzibati Həbs Olunanların Saxlanma Məntəqəsində monitorinq keçirib
# 21 iyun 2011 15:22 (UTC +04:00)
Bakı. Şəhriyar Əlizadə - APA. İşgəncələrə Qarşı Azərbaycan Komitəsinin sədri Elçin Behbudov Daxili İşlər Nazirliyinin İnzibati Həbs Olunanların Saxlanma Məntəqəsində monitorinq keçirib. Bu barədə APA-ya hüquq müdafiəçisinin özü məlumat verib. Komitə sədri məntəqədə saxlanılan 7 nəfərlə görüşdüyünü deyib: “Onlar İctimai Palatanın 19 iyun aksiyası ilə bağlı saxlanılıblar. Saxlanma şəraitindən və onlara qarşı münasibətdən şikayətləri yoxdur. Lakin özlərini təqsirli bilmirlər və məhkəmə qərarlarından narazıdırlar”.

Qeyd edək ki, İctimai Palatanın iyunun 19-da Bakıda keçirdiyi aksiya zamanı bir neçə nəfərə saxlanılaraq inzibati qaydada azadlıqdan məhrum edilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR