Bank Of Baku

İctimai Palatanın növbəti aksiyası ilə bağlı qərar iyunun 27-də keçiriləcək sessiyada veriləcək

İctimai Palatanın növbəti aksiyası ilə bağlı qərar iyunun 27-də keçiriləcək sessiyada veriləcək
# 21 iyun 2011 15:56 (UTC +04:00)
Bakı. Pərvin Abbasov – APA. Bu gün Müsavat Partiyasının qərargahında İctimai Palatanın (İP) Koordinasiya Şurasının (KŞ) iclası keçirilib. İP KŞ üzvü Vidadi Mirkamalın APA-ya verdiyi məlumata görə, toplantıda ölkədəki ictimai-siyasi vəziyyət, həmçinin İP-in iyunun 19-da keçirdiyi aksiya müzakirə olunub. İP KŞ 19 iyun aksiyasını baş tutmuş sayıb və aksiyaların davam etdirilməsinin vacibliyi vurğulanıb. İP-in növbəti aksiyası ilə bağlı qərar isə qurumun iyunun 27-də keçiriləcək sessiyasında veriləcək.

Toplantıda İP növbəti üç ayla bağlı fəaliyyət proqramını da müzakirə edib. Fəaliyyət proqramına təşkilati məsələlər, dəyirmi masaların təşkili və digər məsələlər daxildir.

Qeyd edək ki, İP-in növbəti sessiyası Müsavat Partiyasının qərargahında keçiriləcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR