Bank Of Baku

İctimai Palatanın aksiyasında saxlanılan şəxslərdən ikisi apellyasiya şikayəti verib

İctimai Palatanın aksiyasında saxlanılan şəxslərdən ikisi apellyasiya şikayəti verib
# 22 iyun 2011 10:23 (UTC +04:00)
Bakı. Şəhriyar Əlizadə - APA. İctimai Palatanın iyunun 19-da Bakıda keçirməyə cəhd göstərdiyi razılaşdırılmamış aksiya ilə bağlı saxlanılan şəxslərdən ikisi barələrində olan qərardan apellyasiya şikayəti verib. Vəkil Əsabəli Mustafayev APA-ya bildirib ki, KXCP üzvü Orxan Carçıyev və AXCP üzvü Qafqaz Məmmədov barələrində olan qərardan apellyasiya şikayəti veriblər. Hər iki şəxs məhkəmənin qərarı ilə 7 sutka müddətinə inzibati qaydada azadlıqdan məhrum edilib.

Xatırladaq ki, hüquq-mühafizə orqanlarının yaydığı məlumata görə, aksiyanın 80-dək iştirakçısından 23-ü saxlanılıb. On nəfər barədə toplanmış materiallar aidiyyəti məhkəmələrə göndərilib, daha 13 nəfər haqda ərazi polis orqanlarında müvafiq qərarlar qəbul edilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR