Bank Of Baku

Yeni Azərbaycan Partiyasının beynəlxalq əlaqələr şöbəsinə rəhbər təyin olunub

Yeni Azərbaycan Partiyasının beynəlxalq əlaqələr şöbəsinə rəhbər təyin olunub
# 23 iyun 2011 14:06 (UTC +04:00)
Bakı. Pərvin Abbasov – APA. Hakim Yeni Azərbaycan Partiyasının (YAP) İdarə Heyətinin qərarı ilə Milli Məclisin deputatı Asəf Hacıyev partiyanın beynəlxalq əlaqələr şöbəsinin rəhbəri təsdiq edilib. Bu barədə APA-ya partiyanın mətbuat xidmətindən bildirilib.

Qeyd edək ki, YAP geniş beynəlxalq əlaqələrə malikdir, Avropa və Asiyanın bir çox aparıcı siyasi partiyaları ilə sıx əməkdaşlıq edir. YAP-ın beynəlxalq əlaqələrində Türkiyənin, MDB üzvü olan ölkələrin, Mərkəzi Asiya, Qərbi və Şərgi Avropanın, bir sıra digər dövlətlərin siyasi partiyaları ilə, həmçinin böyük nüfuza malik beynəlxalq təşkilatlarla münasibətlər prioritet istiqamət təşkil edir. Yeni Azərbaycan Partiyası Asiya Siyasi Partiyalarının Beynəlxalq Konfransının işində yaxından iştirak edir və 2009-cu ildə qurumun Daimi Komitəsinin üzvü seçilib. O, həmçinin Avropa Xalqları Partiyası ilə sıx əməkdaşlıq edir. Hazırda YAP qurumun ATƏT Parlament Assambleyasındakı qrupunun üzvüdür və onun Avropa Xalqları Partiyasına müşahidəçi üzv kimi qəbul olunması üçün namizədliyi qeydə alınıb.

Yeni Azərbaycan Partiyasının təşkilatçılığı ilə 2007-ci ildə “Sivilizasiyaların dialoqu: siyasi partiyaların rolu” və 2008-ci ildə “Demokratiya və sabitlik naminə: əməkdaşlığın yeni imkanları” adlı iki beynəlxalq konfrans keçirilib. Həmin tədbirlərdə Amerika Birləşmiş Ştatları da daxil olmaqla, dünyanın 30-dan çox aparıcı ölkələrindən olan siyasi partiya və parlament nümayəndələri iştirak etmiş və geniş fikir mübadiləsi aparılıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR