Bank Of Baku

Mübariz Qurbanlı: “Kazan görüşünə ümidlə baxırıq”

Mübariz Qurbanlı: “Kazan görüşünə ümidlə baxırıq”
# 23 iyun 2011 16:03 (UTC +04:00)
Bakı. Pərvin Abbasov – APA. “Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinin tərəfdarıdır. Ona görə də, ölkəmiz danışıqlar prosesində iştirak edir. Prezident İlham Əliyevin çevik, praqmatik və düşünülmüş siyasəti Azərbaycana uğurlar gətirir”. APA-nın xəbərinə görə, bu sözləri YAP-ın saytına açıqlamasında partiya icra katibinin müavini, Milli Məclisin üzvü Mübariz Qurbanlı deyib. O bildirib ki, prezidentlərin Kazan görüşü ərəfəsində ATƏT-in Minsk Qrupunun həmsədr dövlətlərinin fəallaşdığı müşahidə olunur və Azərbaycanın ədalətli mövqeyinə yaxın fikirlər bu gün daha çox səslənməkdədir.

Kazan görüşünün baş tutmasını müsbət hal kimi dəyərləndirən YAP icra katibinin müavini qeyd edib ki, prezident İlham Əliyev bir neçə dəfə Rusiyanın təşəbbüsü ilə keçirilən görüşlərə qatılıb və hər görüşdə də Azərbaycan öz mövqeyini ifadə edib: “Bizim mövqeyimiz o qədər açıq-aydın və ədalətlidir ki, bunun qarşısında Ermənistanın hansısa fikirlər ortaya qoyması mümkün deyil. Biz Kazan görüşünə ümidlə baxırıq. Xarici işlər nazirlərinin son görüşündən sonra ümidlər daha da artdı. Belə məlum olur ki, razılaşdırılmayan məsələlər üzərində müzakirələr gedir. Ermənistan konstruktiv mövqe nümayiş etdirsə, Kazan görüşü prosesin gedişində sözün həqiqi mənasında çox ciddi dəyişiklik yarada bilər. Ermənilər “köhnə bayatıları” yenə zümzümə etsə, o zaman Azərbaycan imitasiya naminə danışıqları davam etdirmək istəmədiyini açıq şəkildə ortaya qoyacaq. Çünki Azərbaycan real, gerçək danışıqların tərəfdarıdır”.
M. Qurbanlının sözlərinə görə, Dağlıq Qarabağ münaqişəsi bütövlükdə Qafqaz üçün böyük təhlükə törədir: “Qarabağda yenidən müharibə başlayarsa bu, yalnız Ermənistanı və Azərbaycanı əhatə edən müharibə olmayacaq. Növbəti müharibə öz dağıdıcılığı ilə əvvəlkindən kəskin fərqlənə bilər”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR