Bank Of Baku

Milli Məclis İnzibati Xətalar Məcəlləsinə, "İnformasiya əldə etmək haqqında", "Prokurorluq haqqında" və digər qanunlara dəyişiklikləri qəbul edib

Milli Məclis İnzibati Xətalar Məcəlləsinə, "İnformasiya əldə etmək haqqında", "Prokurorluq haqqında" və digər qanunlara dəyişiklikləri qəbul edib
# 24 iyun 2011 09:52 (UTC +04:00)
APA-nın xəbərinə görə, iclasda "Azərbaycan Respublikası və Mərakeş Krallığı arasında cinayət işləri üzrə qarşılıqlı hüquqi yardım haqqında" Müqavilənin təsdiq edilməsi barədə qanunun layihəsi, "Azərbaycan Respublikası və Mərakeş Krallığı arasında mülki və ticarət işləri üzrə hüquqi əməkdaşlıq haqqında" Müqavilənin təsdiq edilməsi barədə, "Azərbaycan Respublikası və Mərakeş Krallığı arasında təslim etmə haqqında" müqavilənin təsdiq edilməsi barədə layihələr təsdiq olunub.
MM üzvləri, həmçinin "Azərbaycan Respublikasının beynəlxalq müqavilələrinin bağlanması, icrası və ləğv edilməsi qaydaları haqqında" qanununa dəyişikliklər edilməsi barədə, "Prokurorluq haqqında" qanuna dəyişiklik edilməsi barədə layihəni qəbul edib.

Daha sonra "Bələdiyyələrin əraziləri və torpaqları haqqında" qanununa əlavə edilmiş "Azərbaycan Respublikasında bələdiyyələrin siyahısı"nda dəyişiklik edilməsi barədə qanun layihəsi, İnzibati Xətalar Məcəlləsində dəyişikliklər edilməsi haqqında layihə, "Vətəndaşların müraciətlərinə baxılması qaydası haqqında" qanununa dəyişikliklər edilməsi barədə, "Əhalinin sağlamlığının qorunması haqqında" qanununa dəyişiklik edilməsi barədə, "İnformasiya əldə etmək haqqında" qanununa dəyişiklik edilməsi barədə, "İcra haqqında" qanununa dəyişikliklər edilməsi barədə, Mülki Prosessual Məcəlləyə dəyişikliklər edilməsi haqqında, Ailə Məcəlləsində dəyişiklik edilməsi haqqında qanunun layihələri qəbul olunub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR