Bank Of Baku

Müxalifət partiyaları Əbülfəz Elçibəyin məzarını ziyarət ediblər

Müxalifət partiyaları Əbülfəz Elçibəyin məzarını ziyarət ediblər
# 24 iyun 2011 11:20 (UTC +04:00)
Bakı. Pərvin Abbasov – APA. Bu gün İctimai Palatanın (İP) rəhbərliyi və üzvləri Fəxri Xiyabanda Azərbaycan milli azadlıq hərəkatının lideri Əbülfəz Elçibəyin məzarını ziyarət ediblər. APA-nın məlumatına görə, ziyarət mərasimində İP Koordinasiya Şurasının üzvləri – AXCP sədri Əli Kərimli, Müsavat Partiyası başqanı İsa Qəmbər, Vidadi Mirkamal, Müsavat Məclisinin sədri Arzu Səmədbəyli və başqaları iştirak edib.

Elçibəyin məzarı önünə əklil qoyulub, dualar oxunub. Elçibəyin məzarı önündə çıxış edən Əli Kərimli, İ. Qəmbər və başqaları onun müasir Azərbaycan tarixində oynadığı roldan danışıb.

Klassik Xalq Cəbhəsi Partiyasının (KXCP) rəhbərliyi və üzvləri də Elçibəyin məzarını ziyarət edib.

Qeyd edək ki, bu gün Əbülfəz Qədirqulu oğlu Əliyevin (Elçibəy) doğum günüdür. O, 1938-ci il iyunun 24-də Ordubad rayonunun Kələki kəndində anadan olub, 2000-ci ilin avqustun 22-də Türkiyədə dünyasını dəyişib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR