Bank Of Baku

Mirmahmud Mirəlioğlu: “KXCP daha geniş koalisiyanın yaradılması istiqamətində aparılan fəaliyyətə dəstək verir”

Mirmahmud Mirəlioğlu: “KXCP daha geniş koalisiyanın yaradılması istiqamətində aparılan fəaliyyətə dəstək verir”
# 24 iyun 2011 14:04 (UTC +04:00)
Bakı. Ramil Məmmədli – APA. “Kölgə parlamentinin İctimai Palataya alternativ olması haqda fikir söyləmək düzgün deyil”. Bu açıqlamanı APA-ya Klassik Xalq Cəbhəsi Partiyasının (KXCP) sədri Mirmahmud Mirəlioğlu verib. M. Mirəlioğlu bu istiqamətdə atılan addımları məqbul hesab etdiyini deyib: “Bu məsələ əvvəl-axır gündəmə gəlməli idi. Kimin necə deməsindən, hansı münasibət bəsləməsindən asılı olmayaraq bu məsələ gündəmdə olmalıdır”.

M. Mirəlioğlu bildirib ki, hazırda KXCP daha geniş koalisiyanın yaradılması istiqamətində aparılan fəaliyyətə dəstək verməkdədir: “Həmin koalisiya ilə bağlı müsbət işlər olacaq. Koalisiyada toplaşacaq partiyaların sayının neçə olacağını isə proseslər göstərəcək. Vətəndaş Hərəkatı Forumu bu istiqamətdə fəaliyyətini davam etdirir. Biz isə onları dəstəkləyirik”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR