Bank Of Baku

Əbülfəz Elçibəyin doğum günü qeyd edilib

Əbülfəz Elçibəyin doğum günü qeyd edilib
# 24 iyun 2011 14:11 (UTC +04:00)
Bakı. Şəhriyar Əlizadə - APA. Sabiq prezident, mərhum Əbülfəz Elçibəyin doğum günü münasibətilə tədbir keçirilib. Tədbirdə çıxış edən Müsavat Partiyası Məclisinin sədri Arzu Səmədbəyli Elçibəyin ad günü münasibətilə rayonlarda da tədbirlərin keçirildiyini deyib: “Vətənini düşünən şəxsin ruhu hər zaman xalqı ilə birlikdədir. Biz Məhəmməd Əmin Rəsulzadənin adını ilk dəfə Əbülfəz Elçibəydən eşitmişik. Azərbaycanın müstəqilliyini ilk dəfə o meydana çıxarıb. Əbülfəz Elçibəy hələ sovetlər dövründə gizli təşkilat yaradıb və bildirib ki, bu imperiya dağılacaq”.

Professor Cəmil Həsənli Əbülfəz Elçibəyin adının hər zaman tarixdə xatırlanacağını bildirib: “Onun adı tarixdə dürüstlük, ədalət simvolu kimi xatırlanacaq. Əbülfəz Elçibəylə işlədiyim dövr mənim üçün iftixardır. Bu gün həm də Nəcəf Nəcəfovun doğum günüdür. Onu da xatırlamaq lazımdır. Çünki onlar hər zaman bu günü bir yerdə qeyd edirdilər”.

AXCP sədri Əli Kərimli isə Əbülfəz Elçibəyin müstəqilliyi, demokratiyanı təbliğ etdiyini deyib: “Fəxr edirəm ki, ömrümün bir hissəsini onunla birgə keçirmişəm. O, tolerantlığı ilə demokratiyaya öz töhfəsini verdi”.

Müsavat Partiyasının başqanı İsa Qəmbər, İctimai Palatanın Koordinasiya Şurasının üzvü Pənah Hüseyn, Müsavat Partiyasının Divan üzvü, professor Nüşabə Sadıqlı da Əbülfəz Elçibəylə ilə bağlı xatirələrini danışıblar.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR