Bank Of Baku

Tufan Kərim yenidən Azərbaycan Milli Demokrat Partiyasının sədri seçilib

Tufan Kərim yenidən Azərbaycan Milli Demokrat Partiyasının sədri seçilib
# 27 iyun 2011 08:59 (UTC +04:00)
Bakı. Ramil Məmmədli – APA. Azərbaycan Milli Demokrat (Bozqurd) Partiyasının V qurultayı keçirilib. Partiyanın ideologiya, mətbuat və informasiya bölümündən APA-ya verilən məlumata görə, iyunun 26-da keçirilən qurultayda partiyanın 51 rayon, şəhər, həmçinin gənclər təşkilatlarından 93 nəfər nümayəndə iştirak edib. Partiya sədri Tufan Kərim etdiyi hesabat məruzəsində son üç ildə AMDP-nin fəaliyyətindən, partiya quruculuğu sahəsində uğur və problemlərindən danışıb. T. Kərim bildirib ki, partiya sağ-mərkəzçi mövqedədir və kənar dövlətlərin siyasi və maliyyə dəstəyinə ehtiyac duymayan və onu qəbuledilməz sayan, millətçilik, dövlətçilik qayəsini əsas tutan mühafizəkar siyasi qüvvədir.

Qurultay təşkilati məsələlərə də baxılıb, Tufan Kərim yenidən növbəti müddətə partiyanın sədri seçilib. Həmçinin, qurultay partiyanın Mərkəzi Nəzarət-Təftiş Komissiyasını, Böyük Məclisini, Siyasi Şurasını seçib. Bir sıra cari məsələlərə baxılıb, işğal edilmiş torpaqlarımızla və respublikadakı siyasi-iqtisadi durumla bağlı bəyanatlar və Dünya Türklüyünə Müraciət qəbul edilib. Qurultaydan sonra partiyanın yeni tərkibli 61 nəfərdən ibarət Böyük Məclisi öz işinə başlayıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR