Bank Of Baku

İctimai Palatanın sessiyası başlayıb

İctimai Palatanın sessiyası başlayıb
# 27 iyun 2011 12:05 (UTC +04:00)
Bakı. Ramil Məmmədov – APA. İctimai Palatanın (İP) sessiyası öz işinə başlayıb. APA-nın məlumatına görə, yığıncağın gündəliyinə İP-ə yeni üzvlərin qəbulu, ölkədə və dünyada ictimai-siyasi vəziyyətin müzakirəsi, qurumun qarşıdan gələn 1 ay müddətində fəaliyyət planının müəyyənləşməsi məsələləri salınıb.

Sessiyaya hüquq müdafiəçisi Mirvari Qəhrəmanlı sədrlik edir. Yığıncaqda İP-in Koordinasiya Şurasının üzvü Pənah Hüseyn çıxış etmək üçün söz istəyib və şuranın tərkibinin genişləndirilməsi təklifini irəli sürüb. P. Hüseyn çıxışında İP-in Koordinasiya Şurasının üzvlüyündən istefa verməsi barədə qərarını da açıqlayıb.

Sessiya davam edir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR