Müsavat və AXCP funksionerləri bir-birlərinin ünvanına kəskin ittihamlar səsləndiriblər - QALMAQAL
İctimai Palatanın (İP) və AXCP Rəyasət Heyətinin üzvü Xaliq Bahadır isə APA-ya açıqlamasında G. Aslanlının, Müsavat Partiyası və AXCP funksionerlərinin ünvanına bir sıra ittihamlar səsləndirib: “Mən dediyimin üstündə dururam. Gülağa Aslanlının da, başqalarının da əgər kişiliyi varsa, gerçəyə qulluq edirlərsə, dediklərinin üstündə dursunlar. Kişi kimi desinlər ki, Xaliq Bahadır öhdəlik götürüb, daha nala-mıxa vurmasınlar. Mənim necə öhdəlik götürdüyüm bəllidir. Mən vuruşuram, sonadək də vuruşacağam. Məni polis idarəsində döyənlər, söyənlərlə bağlı cinayət işi açdırmışam, iş məhkəməyə gedəcək. Burada da olmasa, Avropa Məhkəməsinə gedəcəyəm. Gülağa Aslanlı partiyası ilə bir yerdə törətdikləri əməllərə cavab versin. Hər şeyi onlar elədilər. Onlar İctimai Palatanı bu yerə gətirib çıxardılar. Bu, hamının gözü qabağında olub. Bu il fevralın 26-da Arif Hacılı durmadan bağırırdı ki, martın 12-si mitinq olmalıdır. Baxmayaraq ki, həmin vaxt İctimai Palata yeni-yeni formalaşdırılırdı. Konkret gün də demişdi. Bunu Xaliq Bahadır eləmirdi ki? Görünür, Müsavat Partiyası ilə mənim savaşım başlayacaq. İctimai Palatanın yığıncaqlarında, başqa-başqa toplantılarda gerçəkləri dilə gətirmişəm, Müsavat Partiyası az qala hamılıqla ayağa qalxıb, məni tribunadan düşürməyə çalışıb. Bunlar hansı demokratiyadan danışırlar? Bunlar bu ölkəyə hansı hökuməti, hansı quruluşu gətirəcəklər? Bunların baxışı belədir ki, bir tənqid belə ola bilməz, ancaq tərifləmək olar. Onda gedib bu hakimiyyətlə işləsinlər də, niyə işləmirlər? Niyə bu xalqı aldadırlar?”
X. Bahadır deyib ki, indiki halda mitinqlər davam etdirilməməlidir: “Mənim radio efirində Arif Hacılı ilə debatım olub. Mən orada çoxlu sayda fakt, arqument gətirmişəm ki, erkən mitinqlərə getməməliyik, erkən mitinqlər bizi uğursuzluqlara aparacaq. Elə olmadımı? Bunların bir abrı-həyası olsun, gerçəyi görsünlər. Məni düşünməsinlər, lap “şpion”, “agent” adlandırsınlar, ancaq partiyalarının 18 ildə gördüyü bir işi ortaya qoysunlar. İndiyədək nə birlik olub, hamısını Müsavat Partiyası parçalayıb, dağıdıb. Bundan danışsınlar. Bir il əvvəl Rauf Arifoğlunun qəzeti başda olmaqla, hamısı üstümə töküldü ki, Xaliq Bahadır hakimiyyətin məkrli planlarına qulluq edir, deyir ki, Müsavat Partiyası AXCP ilə bir partiyada birləşməyəcək. Bəs nə oldu? Rauf Arifoğlu mənim verdiyim proqnozlara uyğun olaraq seçkiyə qədər bir təbliğat apardı - iki partiyanın birləşməsi təbliğatını, seçkidən sonra tamamilə başqa təbliğat – antibirlik təbliğatını... Necə olur, bunlar hamısı demokratdır, ancaq Xaliq Bahadır hakimiyyətin məkrli planlarına qulluq edir? Abırları, həyaları olsun, ortaya bir fakt qoysunlar ki, Xaliq Bahadır da filankəslər kimi bu hakimiyyətdən “Jeep” alıb, villa alıb, qəzet çıxarmağa pul alıb. Ortaya fakt qoysunlar, boş-boş danışmasınlar”.
AXCP funksioneri bildirib ki, İctimai Palatanın sonuncu sessiyasındakı çıxışının təmsil olunduğu partiyanın mövqeyi sayıb-sayılmaması onu maraqlandırmır: “Mən demokratik düşüncəli, bütün varlığımla, bütün ideyalarımla, baxışlarımla milli maraqlara bağlı adamam. Kimin məni hansı partiyadan, hansı qurumdan saydığı məni maraqlandırmır. Onların mövqeyi mənim vecimə deyil. Qoy Fuad Qəhrəmanlı da, başqaları da son bir ildə baş verənləri bir daha vərəqləsinlər. Keçən ilin yayında mənə qarşı çıxanlardan biri də Fuad Qəhrəmanlı idi. O, indi uduzmuş bir adamdır. Keçən yay tapşırıqla mənə qarşı çıxanlardan biri də Nurəddin Məmmədlidir. O da uduzmuş adamlardan biridir. Nurəddin Məmmədli, Fuad Qəhrəmanlı nə vaxt ayılacaqlar, nə zaman gerçəyi-doğrunu axtaracaqlar, bilmirəm. Xaliq Bahadırın düşüncələri AXCP-nin düşüncələri deyil, AXCP-nin düşüncələri ortadadır da. Nə vaxta qədər belə olacaq? Son bir ildə mənim dediklərimin hamısı olub. Mən falçı deyiləm, mən analitikəm. Heç əvvəlki illəri demirəm, son bir ildə deyilənləri götürün. Görün Xaliq Bahadırın dedikləri olub, yoxsa Fuad Qəhrəmanlı, Nurəddin Məmmədli, Arif Hacılı və Rauf Arifoğlunun?”
X. Bahadır İP-də alternativ çıxışların yaxşı qarşılanmadığını, bu səbəbdən də ola bilsin bu qurumu tərk edəcəyini deyib: “Bu gedişlə mən orada çox qalan deyiləm. Ya İctimai Palata özünü dəyişməlidir, ya da mən oradan gedəcəyəm. Mən heç bir partiyadan, qurumdan asılı adam deyiləm, mən Xaliq Bahadıram. Bütün varlığımla millətimə, milli maraqlara bağlı adamam. Mən nə Gülağa Aslanlıyam, nə də başqası. Bir çoxu kimi seçkiyə qol çəkməmişəm, seçki oyunu oynamamışam. Mən bu hakimiyyətdən mandat alıb hansısa danışıqlarla parlamentdə oturmamışam. Bunlar hamısı ortadadır”.
İP Koordinasiya Şurasının üzvü, “Yeni Müsavat” qəzetinin sahibi və baş redaktoru Rauf Arifoğlu X. Bahadırın onun barəsində dediklərinə münasibəti qısa olub: “Xəstə, problemləri olan adamdır. Bir müddət əvvəl təklif eləmişəm ki, onun bu cür açıqlamalarına AXCP rəhbərliyi münasibət bildirsin və bildirməlidir də...”
AXCP sədrinin müavini Fuad Qəhrəmanlı isə APA-ya açıqlamasında Xaliq Bahadırın dediklərinin AXCP-nin deyil, onun öz şəxsi fikirləri olduğunu bir daha təkrarlayıb: “AXCP onun dediklərini bölüşmür. Mən bunu İctimai Palatanın sessiyasında da dedim. Bu cür fikirlər İctimai Palatanın fəaliyyətinə, birgə əməkdaşlıq imkanlarına xələl gətirir. O baxımdan, Xaliq Bahadırın məlum fikirlərini zərərli hesab edirik. Ona tövsiyəmiz budur ki, ehtiyac olmayan, əsassız fikirlərdən çəkinsin. Bir müddət öncə Xaliq bəyə AXCP Rəyasət Heyətinin xəbərdarlığı da olub”.
F. Qəhrəmanlı X. Bahadıra qarşı mübarizə və müharibə aparmadığını da deyib: “Sadəcə, onun səsləndirdikləri fikirləri bölüşməmişəm”.
AXCP sədrinin müavini Nurəddin Məmmədli ona qarşı sürülən ittihamlara münasibət bildirməkdən imtina edib.
Daxili siyasət
Bakının işğaldan azad edilməsindən 108 il ötür
Gəncədə Rus-Pravoslav Kilsəsinin 139 illiyi münasibətilə tədbir keçirilib
BMTMM-nin sədrinə 3 müavin təyin edilib - EKSKLÜZİV
Prezidentin xüsusi nümayəndəsi: Xankəndi şəhərində 28 min insan yaşayır
Xəbər Lenti
Ukrayna Yaroslavldakı NEZ-ə və Rostovdakı hərbi aerodroma zərbələr endirib
“Şərikli çörək” filminin ssenaristi, şair Alla Axundova vəfat edib
Bakıda bu yollarda sıxlıq var - SİYAHI
Rusiya Kiyevə zərbələr endirib, 12 nəfər yaralanıb
“Bitcoin”in qiyməti yenidən 76 min dolları ötüb
Lənkəranda baş verən qəzada ölən və xəsarət alanlar var - YENİLƏNİB 3
FED-in faiz qərarı fonunda ABŞ birjalarında eniş davam edib
Yəməndə hərbi əməliyyatlar 122 mindən çox insanı evindən didərgin salıb
Nepalda sel fəlakətində ölənlərin sayı 1403 nəfərə çatıb
ABŞ Fələstin Milli Administrasiyasının üzvlərinə qarşı sanksiyaları genişləndirib
Nümayəndələr Palatası Rusiyaya qarşı sanksiyaların sərtləşdirilməsini nəzərdə tutan qanun layihəsini qəbul edib
Meloni növbədənkənar parlament seçkilərinin keçirilməsi ehtimalını inkar edib
Tramp dövlət satınalmalarından çıxarılacaq Kanada mallarının siyahısının tərtib edilməsini tapşırıb
Britaniya ordusunun mayoru Ukraynada yol qəzasında ölüb
Karni Ursula fon der Leyen ilə Kanada-AB əməkdaşlığının gücləndirilməsini müzakirə edib
İmişlidə zəlzələ olub
Sabirabadda avtomobil piyadanı vurub öldürüb
XİN: Ukrayna enerji atəşkəsinə hazırdır və Rusiyadan təkliflər gözləyir
CENTCOM: Hörmüzdən 900 milyon bareldən çox xam neftin keçməsinə kömək etdik
Sosial müdafiə və sosial təminat xərclərində 43 milyon manatdan çox artım olacaq
Səhiyyə xərcləri 58 milyon manatdan çox artacaq
Təhsil xərclərində 1,6 faiz artım olacaq
Gələn il Azərbaycanın müdafiə və milli təhlükəsizlik xərcləri 1,1 faiz artacaq
2027-ci ildə Azərbaycanın inflyasiya proqnozu açıqlanıb
Azərbaycanın 2027-ci ildə iqtisadi artımı 3%-ə yaxın proqnozlaşdırılır
Manat gələn il də sabit qalacaq
Gələn ilin büdcəsində neftin qiyməti yenə 65 dollar götürülüb
2027-ci ildə Azərbaycanın dövlət büdcəsi 42 milyard manatdan çox olacaq
Gələn il üzrə icmal büdcənin gəlir və xərcləri açıqlanıb
Paşinyan: Kərkiyə Kərki dedim, çünki bu, Kərkidir
İsveçrədə yüngül təyyarə qəzaya uğrayıb, 3 nəfər ölüb
Azərbaycan səfiri Lavrovun müavini ilə görüşüb
“Mahan Air”in Türkiyə və Omana bəzi uçuşları ləğv edilib
Əli Nağıyev Qazaxıstan Respublikasına səfər edib
Fransada yanacaq təchizatında problemlər yaranıb
ADMİU-nun birinci kurs tələbələri barədə aşağılayıcı ifadələr işlədən şəxs universitetdən xaric edilib
CNN: Rusiya ABŞ obyektlərinə zərbələr endirməsi üçün İrana kəşfiyyat məlumatları ötürüb
Paşinyan qondarma “DQR”-in “nümayəndəliyi”nə məxsus binanın dövlət balansına keçiriləcəyini bildirib
2027-ci ilin dövlət və icmal büdcələrinin layihələri Nazirlər Kabinetinə təqdim edilib
Hikmət Hacıyev Ərəb Media Forumunda Qarabağda və digər bölgələrdə Qafqaz Albaniyasının zəngin xristian irsi barədə danışıb
İlk tədris günündə avtobuslarla rekord sayda sərnişin daşınıb
Ukrayna enerji atəşkəsi ilə bağlı Rusiyadan obyektlərin siyahısını gözləyir
ADY: Şəhərətrafı qatar reyslərinin sayı artırılır - CƏDVƏL
"Reuters": Ukraynanın hücumundan sonra Rusiyada daha iki neft zavodu fəaliyyətini dayandırıb
Firudin Qurbanov Türkiyə-Azərbaycan Universitetinin Bilik Günü tədbirində iştirak edib
Ötən gün metro ilə 605 min nəfərdən çox sərnişin daşınıb
Moskva Avropanı "çox qısamüddətli" müharibə ilə hədələyib
Ermənistanda ağır yol qəzasında 4 nəfər ölüb, 1 nəfər yaralanıb