Bank Of Baku

İctimai Palatanın 2 aprel aksiyası ilə bağlı həbs olunan bir qrup şəxsin cinayət işi məhkəməyə göndərilib

İctimai Palatanın 2 aprel aksiyası ilə bağlı həbs olunan bir qrup şəxsin cinayət işi məhkəməyə göndərilib
# 28 iyun 2011 13:05 (UTC +04:00)
Bu barədə APA-ya Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri Eldar Sultanov məlumat verib. Onun sözlərinə görə, «İctimai Palata» adlanan quruma daxil olan AXCP, Müsavat, AMİP və KXCP üzvlərinin və digər şəxslərin aprelin 2-də keçirdikləri icazəsiz aksiya ilə bağlı Bakı Şəhər Prokurorluğunda başlanmış cinayət işi üzrə təqsirləndirilən Sahib Kərimov, Babək Həsənov, Zülfüqar Eyvazov, Elşən Həsənov, Arif Alışlı və Elnur İsrafilov barəsində cinayət işinin istintaqı tamamlanaraq aidiyyəti üzrə baxılması üçün Səbail Rayon Məhkəməsinə göndərilib.

Məlum cinayət işi üzrə təqsirləndirilən digər 8 nəfərlə bağlı materiallar isə başqa icraata verilib və həmin iş üzrə istintaq tədbirlərinin davam etdirilir.

Qeyd edək ki, aprelin 2-də baş vermiş hadisələrlə bağlı fakta görə Cinayət Məcəlləsinin 233-cü (ictimai qaydanın pozulmasına səbəb olan hərəkətləri təşkil etmə və ya bu cür hərəkətlərdə fəal iştirak etmə) və 315-ci (hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərmə və ya zor tətbiq etmə) maddələri ilə cinayət işi başlanıb, 14 nəfər cinayət məsuliyyətinə cəlb edilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR