Bank Of Baku

İctimai Palatada Koordinasiya Şurasının yenidən formalaşdırılması ilə bağlı fikir ayrılığı yaranıb

İctimai Palatada Koordinasiya Şurasının yenidən formalaşdırılması ilə bağlı fikir ayrılığı yaranıb
# 28 iyun 2011 16:09 (UTC +04:00)
İctimai Palata qarşısına qoyduğu məqsədlərə çatmasını təkcə Koordinasiya Şurasının üzərinə atmaq hesab edirəm ki, indiki halda doğru deyil. Düzdür, bizim gözləntilərimiz, istəklərimiz var ki, daha çox iş görülsün, daha çox nəticə əldə olunsun. Ancaq bu, Koordinasiya Şurasının tərkibinin hesabına əldə olunası nəticələr deyil. Bunun üçün İctimai Palatanın yerli strukturları yaradılmalı, qurum təşkilatlanmalı və bütün ölkəni əhatə etməlidir”. Bunu APA-ya açıqlamasında İctimai Palatanın (İP) üzvü, AXCP sədrinin müavini Fuad Qəhrəmanlı deyib. O, Pənah Hüseynin İP-in Koordinasiya Şurasının (KŞ) yeniləşməsi barədə təklifinin tərəfdarı olmadığını söyləyib: “İndiki halda əsas görüləsi iş yerli strukturların yaradılması, qurumun ölkə miqyasında təşkilatlanmasıdır. Bu iş görüləndən sonra doğrudan da zərurət olarsa, Koordinasiya Şurası üzvlərinin yenidən seçilməsi məsələsi gündəmə gələ bilər. Hər bir məsələnin gündəmə gəlməsi üçün zərurətə ehtiyac var. İndiki halda İP-dən gözlənilən nəticələri təkcə Koordinasiya Şurasından gözləmək bizi yanlış nəticələrə gətirib çıxarar”.

İP-in katibi, Müsavat Partiyası başqanının müavini Gülağa Aslınlı da APA-ya açıqlamasında indiki halda İP KŞ-nin yeniləşməsinə ehtiyac olduğuna əmin olmadığını vurğulayıb: “Hesab edirəm ki. İP Koordinasiya şurası indiki halda öz işinin öhdəsindən gəlir. Ancaq gələcəkdə bu məsələyə baxılıb-baxılmayacağı zamanın işidir”.

Onun sözlərinə görə, Pənah Hüseyn Koordinasiya Şurasına rəsmi ərizə ilə müraciət etməyib və Şuranın bu haqda qərarı yoxdur: “Ona görə də Müsavat Partiyası onun yerinə namizəd irəli sürməklə bağlı hələ fikirləşmir”.

Pənah Hüseyn isə APA-ya açıqlamasında deyib ki, İP-in fəaliyyətini tənzimləyən sənədlərdə qurumdan istefa verərkən ərizə yazılması barədə hansısa qayda nəzərdə tutulmayıb. O, İP üzvü və qurumun Təhlükəsizlik və Müdafiə Komissiyasının koordinatoru olaraq qaldığını da bildirib: “İctimai Palatada fəaliyyətim fəal olub, bundan sonra da fəal şəkildə davam etdiriləcək”.

Qeyd edək ki. P. Hüseyn İP-in iyunun 27-də keçirilən sessiyasında İP KŞ üzvlüyündən istefa verib. O, İP KŞ-nin yenidən formalaşdırılması təklifini də irəli sürüb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR