Bank Of Baku

İctimai Palatanın Koordinasiya Şurası iclaslarının sayını azaldır

İctimai Palatanın Koordinasiya Şurası iclaslarının sayını azaldır
# 28 iyun 2011 16:18 (UTC +04:00)
Bakı. Pərvin Abbasov – APA. Bu gün Müsavat Partiyasının qərargahında İctimai Palatanın (İP) Koordinasiya Şurasının (KŞ) toplantısı keçirilib. Bu barədə APA-ya İP KŞ üzvü Ədalət Yusifov məlumat verib.

Toplantıda İP-in iyunun 27-də keçirilmiş sessiyasındakı təkliflərin dəyərləndirilməsi aparılıb. Həmçinin, İP KŞ-nin iyul ayı üçün tədbirlər planı hazırlanıb.

Ə. Yusifov İP-in növbəti mitinq gününün təyini məsələsinə KŞ-nın növbəti yığıncaqlarında baxılacağını bildirib.

Toplantıda İP KŞ-nın iclas qrafiklərində dəyişiklik də edilib. Belə ki, bundan sonra KŞ hər həftənin iki günü (çərşənbə axşamı və cümə axşamı) deyil, cəmi bir dəfə – çərşənbə günü toplanacaq. Buna səbəb İP-in komissiyalarının həftədə iki tədbirinin nəzərdə tutulmasıdır. İP KŞ yeni qrafikə gələn həftədən keçəcək.

Ə. Yusifov İP KŞ-nin sabiq üzvü Pənah Hüseynin istefası ilə bağlı məsələnin xüsusi müzakirə olunmadığını da deyib: “Bu, sıradan bir istefa olaraq normal qarşılandı”.

İclasda iki bəyanat da qəbul olunub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR