Bank Of Baku

Mehriban Əliyevaya həsr edilən “Ümid qapısı, mərhəmət ünvanı” kitabının təqdimat mərasimi keçirilib - FOTO

Mehriban Əliyevaya həsr edilən “Ümid qapısı, mərhəmət ünvanı” kitabının təqdimat mərasimi keçirilib - <font color=red>FOTO</font>
# 29 iyun 2011 11:08 (UTC +04:00)
Bakı. Ramil Məmmədli – APA. AMEA-nın Mərkəzi Elmi Kitabxanasında Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, UNESCO və İSESCO-nun xoşməramlı səfiri, Milli Məclisin üzvü Mehriban Əliyevaya həsr edilən “Ümid qapısı, mərhəmət ünvanı” kitabının təqdimat mərasimi keçirilib. APA-nın məlumatına görə, tarix üzrə fəlsəfə doktoru, Azərbaycan Yazıçılar Birliyinin üzvü Sevinc Budaqovanın müəllifi olduğu kitabda M. Əliyevanın həm Heydər Əliyev Fondunun rəhbəri, həm də millət vəkili kimi mədəniyyət, incəsənət, təhsil, maarifçilik, eləcə də digər sahələrdə gördüyü işlər, siyasi fəaliyyəti, bir qadın və ana kimi xeyriyyəçilik əməlləri öz əksini tapıb.

Mərasimdə çıxış edən AMEA Mərkəzi Elmi Kitabxanasının direktoru Aybəniz Əliyeva-Kəngərli deyib ki, müasir Azərbaycan qadınına həsr olunan bu elmi-publisistik əsər M. Əliyeva fenomeninin öyrənilməsi baxımından olduqca əhəmiyyətlidir. Akademik Bəkir Nəbiyev, AMEA-nın müxbir üzvü Yaqub Mahmudov, tarix üzrə fəlsəfə doktoru Cəbi Bəhramov, Milli Məclisin deputatları Qənirə Paşayeva, Gülər Əhmədova, tarix elmləri doktoru Tamilla Musayeva və digərləri M. Əliyevanın fəaliyyəti haqda çıxış ediblər.

Tədbirdə Mehriban Əliyevanın həyat və fəaliyyətini əks etdirən sərgi də nümayiş olunub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR