Bank Of Baku

Arif Hacılı haqqında həbs-qətimkan tədbirinin dəyişdirilməsi barədə vəsatət rədd edilib

Arif Hacılı haqqında həbs-qətimkan tədbirinin dəyişdirilməsi barədə vəsatət rədd edilib
# 29 iyun 2011 13:10 (UTC +04:00)
Bakı. Şəhriyar Əlizadə - APA. İctimai Palatanın aprelin 2-də Bakının mərkəzində keçirdiyi razılaşdırılmamış aksiya zamanı saxlanılan Müsavat Partiyası Mərkəzi İcra Aparatının rəhbəri Arif Hacılının barəsində müdafiə tərəfinin verdiyi vəsatətlərə istintaq qrupu tərəfindən cavab gəlib. Bu barədə APA-ya vəkil Əsabəli Mustafayev məlumat verib.
Ə. Mustafayev bildirib ki, vəsatətlərdən biri müdafiə etdiyi şəxsin barəsində seçilən həbs-qətimkan tədbirinin dəyişdirilməsi ilə bağlı olub: “Arif Hacılının səhhəti bizi narahat edir. Biz xəstəliyi ilə əlaqədar onun barəsində seçilən həbs-qətimkan tədbirinin dəyişdirilməsi barədə vəsatət vermişdik. Lakin bu vəsatət təmin olunmayıb. 2 aprel mitinqinin qətnaməsinin cinayət işinin materiallarına tikilməsi barədə vəsatətimiz isə təmin olunub”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR