Bank Of Baku

Azərbaycan İslam Partiyası mitinq keçirmək üçün Bakı Şəhər İcra Hakimiyyətinə müraciət edib

Azərbaycan İslam Partiyası mitinq keçirmək üçün Bakı Şəhər İcra Hakimiyyətinə müraciət edib
# 29 iyun 2011 13:21 (UTC +04:00)
Bakı. Ramil Məmmədli – APA. Azərbaycan İslam Partiyası (AİP) paytaxtda mitinq keçirmək üçün Bakı şəhər İcra Hakimiyyətinə müraciət edib. AİP-in sədrinin müavini Hacı Akif Heydərli APA-ya deyib ki, müraciətdə iyulun 5-də Bakı Metropoliteninin “Ulduz” stansiyası və ya “Təbriz” kinoteatrının qarşısında mitinq keçirilməsi üçün razılıq istənilib. Müraciət AİP sədri Elçin Manafovun adından verilib.

Partiya sədrinin müavini qeyd edib ki, Bakı şəhər İcra Hakimiyyətinin mitinq keçirilməsi üçün yerlə bağlı təşəbbüsü də müsbət cavablandırıla bilər.

Mitinqdə Qarabağ münaqişəsinin həlli, İslamofobiyanın qarşısının alınması və barələrində həbs-qətimkan tədbiri seçilən partiyanın rəhbər üzvlərinin azadlığa buraxılması ilə bağlı tələblər səslənəcək.

Qeyd edək ki, paytaxt meriyası partiyanın rəsmi qeydiyyatı olmadığını əsas gətirərək, iki dəfə mitinq üçün yer ayırmaqdan imtina edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR