Bank Of Baku

Penitensiar Xidmət: Ruslan Bəşirliyə təzyiq göstərdiyi barədə deyilənlər yalandır

Penitensiar Xidmət: Ruslan Bəşirliyə təzyiq göstərdiyi barədə deyilənlər yalandır
# 29 iyun 2011 15:23 (UTC +04:00)
Bakı. Şəhriyar Əlizadə - APA. Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 1 saylı ciddi rejimli Cəzaçəkmə Müəssisəsində cəza çəkən “Yeni Fikir” Gənclər Hərəkatının sədri Ruslan Bəşirli intihar etmək istəyir. Bunu APA-ya açıqlamasında Ruslan Bəşirlinin atası Cəlil Bəşirli deyib.

C. Bəşirli həmin müəssisənin rəhbəri Qəhrəman Qurbanovun Ruslan Bəşirliyə təzyiq göstərdiyini bildirib: “Yersiz olaraq ona iradlar tutur, təzyiqlər edir. Ruslan cəzasının çox hissəsini çəkib. Onun azadlığa buraxılması üçün məhkəmə müraciət etmək istəyirik. Lakin Qəhrəman Qurbanov buna imkan vermir. Bütün bu təzyiqlərdən Ruslan bezib, intihar etmək istəyir. Biz bundan çox narahatıq”.

Penitensiar Xidmətin ictimaiyyətlər əlaqələr şöbəsinin rəhbəri Mehman Sadıqov isə APA-ya açıqlamasında deyilənlərin yalan olduğunu bildirib: “Ona indiyə kimi təzyiq olmayıb. İndi də təzyiq yoxdur. Belə bir hal baş verməyib. Deyilənlər yalandır”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR