Bank Of Baku

Müsavat Partiyası başqanının müavini: “Xaliq Bahadır gündəmdə qalmaq üçün müxtəlif adamlara, partiyalara şər atmaqla məşğuldur”

Müsavat Partiyası başqanının müavini: “Xaliq Bahadır gündəmdə qalmaq üçün müxtəlif adamlara, partiyalara şər atmaqla məşğuldur”
# 30 iyun 2011 09:22 (UTC +04:00)
Layiq olmayan adamı diqqət mərkəzində saxlamağı haqlı saymıram. Hesab edirəm ki, o, başlı-başına buraxılmalıdır, nə deyir desin”. Bunu APA-ya açıqlamasında İctimai Palatanın (İP) katibi, Müsavat Partiyası başqanının müavini Gülağa Aslanlı deyib. O bildirib ki, X. Bahadırın söylədiklərinin heç bir mənası və əhəmiyyəti yoxdur: “Ən yaxın dostları belə, onun kim olduğunu bilir, yaxşı tanıyırlar. Bu adam gündəmdə qalmaq üçün müxtəlif adamlara, partiyalara şər atmaqla məşğuldur. Dediklərinin də heç birini sübut edə biləcək faktı yoxdur”.

G. Aslanlı bildirib ki, X. Bahadırın İP-dən çıxarılması məsələsi də gündəmə gələrsə, onun barəsində heç bir fikir söyləməyəcək: “Kim nə desə də, mən heç nə deməyəcəyəm. Çünki onun bəyanatından məlum oldu ki, bu adamın elementar diskussiya aparmaq qabiliyyəti yoxdur, buna layiq də deyil”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR