Bank Of Baku

Güney Azərbaycandan olan siyasi mühacirlər Azərbaycan prezidentinə müraciət ediblər

Güney Azərbaycandan olan siyasi mühacirlər Azərbaycan prezidentinə müraciət ediblər
# 30 iyun 2011 11:58 (UTC +04:00)
Bakı. Ramil Məmmədli – APA. Güney Azərbaycandan olan bir qrup siyasi mühacir mətbuat konfransı keçirib. APA-nın məlumatına görə, konfransda çıxış edən mühacirlər Babək Muğanlı, Salman Sulduzlu, Ağrı Qaradağlı, Yədulla Kənani, Əjdər Tağızadə diqqəti Dünya Azərbaycanlılarının III Qurultayında müzakirə olunacaq məsələlərə yönəldiblər. Konfransda bildirilib ki, İranda insan haqları – xüsusən də Azərbaycan türklərinin milli-mədəni hüquqları pozulur. Bu səbəbdən də qurultayda Güney Azərbaycan türklərinin problemləri ilə bağlı məsələ qabardılmalıdır.

Tədbirdə Güney Azərbaycan siyasi mühacirləri adından Azərbaycan prezidenti İlham Əliyevə müraciətin ünvanlandığı da qeyd olunub. Müraciətdə bildirilir ki, Azərbaycan Respublikasında yaşayan güneylilərin əsas problemlərindən biri status məsələsidir: “Hər üç aydan bir qeydiyyat sənədlərini dəyişdirməyə məcbur oluruq. Hətta ailə quranların övladları öz atalarının soyadını daşıya bilmirlər. Sizdən 50 milyon azərbaycanlının prezidenti olaraq bu məsələnin həllinə dair qərar qəbul etməyinizi xahiş edirik”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR