Bank Of Baku

Böyük Britaniyanın Azərbaycandakı səfiri Lənkəranda YAP fəalları ilə görüşüb

Böyük Britaniyanın Azərbaycandakı səfiri Lənkəranda YAP fəalları ilə görüşüb
# 30 iyun 2011 12:57 (UTC +04:00)
Lənkəran. Ağəddin Babayev – APA. Böyük Britaniyanın Azərbaycandakı səfiri Karolin Braun iyunun 30-da Lənkərana ikigünlük səfərə gedib. APA-nın cənub bürosunun məlumatına görə, diplomat günün birinci yarısında Lənkəran şəhər 10 saylı məktəbinə baş çəkərək buranın təhsil-tədris şəraiti ilə tanış olub. Günün ikinci yarısında isə Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Tofiq İbrahimov tərəfindən qəbul olunan səfirə Lənkəranın sosial-iqtisadi həyatı, kənd təsərrüfatı, turizm potensialı barədə məlumat verilib. Daha sonra K. Braun Yeni Azərbaycan Partiyası Lənkəran şəhər təşkilatının fəalları ilə görüşüb.

Səfər çərçivəsində diplomat Lənkəranın tarixi-etnoqrafik abidələrini ziyarət edəcək, Olimpiya Mərkəzində 2012-ci il London Olimpiadası ilə əlaqədar təşkil olunacaq tədbirə qatılacaq, yerli jurnalistlər və qeyri-hökumət təşkilatlarının nümayəndələri ilə görüşəcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR