Bank Of Baku

Azərbaycan polisinin fəaliyyətindən bəhs edən filmin təqdimat mərasimi keçirilib

Azərbaycan polisinin fəaliyyətindən bəhs edən filmin təqdimat mərasimi keçirilib
# 30 iyun 2011 18:09 (UTC +04:00)
Bakı-APA. Polisin peşə bayramı ərəfəsində - iyunun 30-da Heydər Əliyev adına Respublika Sarayında “Azərbaycanfilm” kinostudiyasının istehsal etdiyi “Tərsinə çevrilən dünya” adlı bədii filmin təqdimat mərasimi keçirilib.
Daxili işlər nazirliyinin mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, Azərbaycanın xalq yazıçısı Çingiz Abdullayevin ssenarisi əsasında çəkilmiş, quruluşçu rejissoru Ənvər Əbluc olan yeni film daxili işlər orqanlarının narkotiklərin qanunsuz dövriyyəsinə qarşı mübarizəsinə həsr olunub.
Filmin nümayişindən əvvəl mədəniyyət və turizm naziri Əbülfəs Qarayev və daxili işlər naziri Ramil Usubov çıxış edərək filmin uğurlu alınmasında əməyi olan yaradıcı kollektivi təbrik ediblər, onun əhəmiyyətindən danıblar, hüquq-mühafizə orqanlarının çətin və şərəfli fəaliyyətindən bəhs edən belə filmlərin bundan sonra da çəkilməsinin vacibliyini vurğulayıblar. Sonra daxili işlər nazirinin əmri ilə yaradıcı kollektivin bir qrupuna mükafatlar təqdim olunub.
Qeyd edək ki, bir hissəsi İran İslam Respublikasında və iranlı aktyorların iştirakı ilə çəkilmiş filmin ərsəyə gəlməsində qonşu dövlətin Mədəniyyət Nazirliyi və “Sədrafilm” kinostudiyası yaxından köməklik göstəriblər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR