Bank Of Baku

Hacı Tahir Abbaslı: “Azərbaycan İslam Partiyasının aksiyasını öhdəçilikdən başqa bir şey hesab etmirəm”

Hacı Tahir Abbaslı: “Azərbaycan İslam Partiyasının aksiyasını öhdəçilikdən başqa bir şey hesab etmirəm”
# 01 iyul 2011 08:16 (UTC +04:00)
Bakı. Pərvin Abbasov – APA. “Azərbaycan İslam Partiyasının (AİP) aksiyasını öhdəçilikdən başqa bir şey hesab etmirəm”. APA-nın xəbərinə görə, bunu Azərbaycan İslam Demokrat Partiyasının (AİDP) sədri hacı Tahir Abbaslı AİP-in aksiya keçirməsinə münasibət bildirərkən deyib. O, AİP rəhbərliyi və təmsilçiləri haqqında digər bir sıra tənqidi fikirlər də səsləndirib: “Özlərindən başqa dindarları sevməyən, onlara müxalif olan, bir iki ayəni bilməklə hamını özünə borclu sayan, mədrəsə təfəkküründən ictimai həyata keçməyən, ictimaiyyətin fikir və dərdlərinə şərik olmayan dəstənin keçirmək istədiyi hər bir aksiya ölkəmizə, xalqa, dövlətçiliyimizə və baş verə biləcək demokratik proseslərə ciddi təhlükədir. Dünyanın indiki düzənində radikallıq xalqlara, ölkələrə və dövlətlərə bədbəxtlik, fəlakət və bəlalardan başqa bir şey gətirmir. İslam və radikallıq bir yerə sığmır. Dünyanın bir hissəsi olan Azərbaycan da demokratik proseslərdə iştirak edir və onun bəhrəsini görür. Hesab edirəm ki, bundan da artıq bəhrələnməlidir. İndi artıq piket və mitinq erası deyil. Fikir və düşüncə meydanıdır”.
Qeyd edək ki, AİP iyulun 5-i tarixinə Bakı şəhərində mitinq təyin edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR