Bank Of Baku

İctimai Palatanın 2 aprel aksiyasında tutulan şəxslərdən ikisi qanunsuz hərəkətlər etdiyini etiraf edib

İctimai Palatanın 2 aprel aksiyasında tutulan şəxslərdən ikisi qanunsuz hərəkətlər etdiyini etiraf edib
# 01 iyul 2011 10:22 (UTC +04:00)
APA-nın xəbərinə görə, bu barədə İP-in təşkilatçılığı ilə Müsavat Partiyasının qərargahında keçirilən toplantıda məlumat verilib.

İP təmsilçisi Vaqif Hacıbəyli tutulanlardan Elnur İsrafilov və Arif Alışlının 2 aprel aksiyasında avtobusu təpiklədiklərini etiraf etdiklərini deyib: “Lakin avtobusu təpikləmək cinayət əməli sayılmır”.

Tədbirdə 2 aprel aksiyasında tutulan şəxslərin siyasi məhbus olduğu bildirilib. Tutulanların hüquqlarının müdafiəsi məqsədilə İP-in Siyasi Məhbuslara Yardım Fondunun yaradıldığı da elan olunub. Qeyd edilib ki, Fondun “Access Bank”da açılmış hesablarına Azərbaycan manatı, ABŞ dolları və avro isə pul köçürmək mümkündür.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR