Bank Of Baku

AXCP-nin Cəlilabad rayon təşkilatının sədri saxlanıb

AXCP-nin Cəlilabad rayon təşkilatının sədri saxlanıb
# 04 iyul 2011 08:39 (UTC +04:00)
Bakı. Pərvin Abbasov, Hafiz Heydərov – APA. AXCP-nin Cəlilabad rayon təşkilatının sədri Təzəxan Mirələmli polis tərəfindən saxlanılıb. Bu barədə APA-ya partiya sədrinin köməkçisi Faiq Əmirov məlumat verib. O, hadisənin iyulun 3-də səhər saatlarında baş verdiyini bildirib: “Təzəxan Mirələmli Cəlilabad rayon Polis Şöbəsində saxlanılan oğluna yemək aparıb. Rəis müavini onu döyüb və sonra da tutublar”.

Cəlilabad rayon Polis Şöbəsindən APA-ya bildirilib ki, T. Mirələmli barəsində inzibati qaydada tədbir görülüb, iş baxılması üçün Cəlilabad Rayon Məhkəməsinə göndərilib. Onun döyülməsi barədə deyilənlər isə təkzib olunub.

Qeyd edək ki, bu il aprelin 5-də T. Mirələmlinin orta məktəb şagirdi olan oğlu öz həmyaşıdını qətlə yetirib. O, hazırda Cəlilabad Rayon Polis Şöbəsində saxlanılır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR