Bank Of Baku

KXCP Sədr Aparatının toplantısı keçirilib

KXCP Sədr Aparatının toplantısı keçirilib
# 04 iyul 2011 14:48 (UTC +04:00)
Bakı. Ramil Məmmədli – APA. Klassik Xalq Cəbhəsi Partiyası (KXCP) Sədr Aparatının toplantısı keçirilib. Partiyanın mətbuat xidmətindən APA-ya verilən məlumata görə, yığıncaqda Azərbaycan Xalq Cəbhəsinin (AXC) yaranmasının 22-ci il dönümü ilə əlaqədar tədbirlər planını təsdiq edilib. 2011-ci il iyulun 16-da saat 12.00-da Fəxri Xiyabanda sabiq prezident Əbülfəz Elçibəyin məzarını yürüşlə ziyarət etmək haqda qərar qəbul olunub və toplantıda partiyanın inkişaf proqramı müzakirəsi aparılıb. KXCP Sədr Aparatı AXCP-nin Cəlilabad rayon təşkilatının sədri Təzəxan Mirələmliyə qarşı münasibətə etiraz bildirib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR