Bank Of Baku

Məhkəmə AXCP Cəlilabad rayon təşkilatının sədri barədə 2 sutkalıq həbs qərarı verib

Məhkəmə AXCP Cəlilabad rayon təşkilatının sədri barədə 2 sutkalıq həbs qərarı verib
# 04 iyul 2011 14:53 (UTC +04:00)
Bakı. Pərvin Abbasov - APA. AXCP-nin Cəlilabad rayon təşkilatının sədri Təzəxan Mirələmli məhkəmə tərəfindən inzibati qaydada cəzalandırılıb. Bu barədə APA-ya partiya sədrinin köməkçisi Faiq Əmirov məlumat verib. O, Cəlilabad rayon Məhkəməsinin T. Mirələmli barəsində 2 sutkalıq həbs qərarı çıxarıldığını bildirib.

Qeyd edək ki, T. Mirələmli iyulun 3-də səhər saatlarında Cəlilabad rayon Polis Şöbəsində saxlanılan oğluna yemək apararkən saxlanıb.

Bu il aprelin 5-də T. Mirələmlinin orta məktəb şagirdi olan oğlu öz həmyaşıdını qətlə yetirib. O, hazırda Cəlilabad rayon Polis Şöbəsində saxlanılır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR