Bank Of Baku

Müsavat Partiyası Divanının növbəti toplantısı keçirilib

Müsavat Partiyası Divanının növbəti toplantısı keçirilib
# 04 iyul 2011 15:04 (UTC +04:00)
Bakı. Pərvin Abbasov – APA. Bu gün Müsavat Partiyası Divanının növbəti toplantısı keçirilib. Partiyanın mətbuat xidmətindən APA-ya verilən məlumata görə, gündəliyin partiyadaxili məsələ bölümündə bir sıra rayon təşkilatları ilə bağlı müzakirələr aparılıb və müvafiq qərarlar qəbul edilib.

İctimai-siyasi vəziyyət bölümündə 2 aprel siyasi məhbusları ilə bağlı müzakirə aparılıb və həbs olunanların dərhal azadlığa buraxılması tələb edilib.

Ölkədəki iqtisadi vəziyyət də müzakirə olunub.

Divan daha sonra AXCP Cəlilabad rayon təşkilatının sədri Təzəxan Mirələmlinin döyülməsi və həbs olunmasına kəskin etiraz edərək, onun dərhal azad edilməsi tələb edib.

Sonda cari məsələlərə baxılıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR