İlham Əliyev: “Ölkəmizdə ilk növbədə insanların sosial məsələlərinin həlli üçün işlər görülür”
Qeyd edilib ki, tikintisinə 2009-cu ilin mayında başlanılan səkkizmərtəbəli mərkəzin həyətyanı sahəsi abadlaşdırılıb, müasir işıqlandırma sistemi quraşdırılıb. Yüksək səviyyədə aparılan tikinti işləri bu ilin iyununda başa çatdırılıb. Mərkəzdə dünyada yeni tikilən tibb ocaqlarında istifadə edilən xüsusi havalandırma sistemi tətbiq olunub.
Bildirilib ki, bu müasir tibb ocağında ulu öndər Heydər Əliyevin xatirəsi ədəbiləşdirilib, “Həkimlik peşəsi öz xalqına, sənətinə yüksək sədaqət tələb edən bir işdir”, - deyən ümummilli liderin həyat və fəaliyyətinə həsr olunan fotoguşə yaradılıb.
Dövlət başçısı və xanımı əvvəlcə mərkəzin funksional diaqnostika şöbəsi ilə tanış olublar. Məlumat verilib ki, burada USM, kardioqram, exokardioqram, strestest, travmatologiya otaqları və iki müşahidə palatası fəaliyyət göstərir. Şöbədə quraşdırılan tibbi avadanlıq Avropa ölkələrinin istehsalıdır və ən müasir standartlara cavab verir.
Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva təcili yardım şöbəsinin fəaliyyəti ilə tanış olublar. Şöbədə xəstələrə yüksək səviyyədə ilkin tibbi yardım göstərilməsi üçün hər cür şərait yaradılıb.
Mərkəzdə 70 nəfərlik konfrans zalı, kompyuterlə təchiz olunmuş iclas zalı, arxiv, dəftərxana və digər xidməti otaqlar da var.
Mərkəzin əməliyyat bloku ilə tanış olan Prezident İlham Əliyevin və xanımı Mehriban Əliyevanın diqqətinə çatdırıldı ki, burada üç əməliyyat otağı yaradılıb. Bu blokda daxili orqan, stomatoloji, qulaq-burun-boğaz əməliyyatları aparmaq mümkündür. Buradakı reanimasiya zalı da lazımı avadanlıqla təchiz olunub. Xüsusilə ağır xəstələr üçün ayrıca reanimasiya otağının da yaradıldığı əməliyyat blokundakı avadanlıq müasirliyi və yüksək keyfiyyəti ilə diqqəti cəlb edir.
Ümumi stasionar şöbədə isə 8 adi, 2 VİP palata xidmət göstərir. Hər bir palata telefon rabitəsi ilə təmin olunub.
Dövlət başçısına və xanımına məlumat verilib ki, mərkəzdə pnevmatik ötürücü sistem quraşdırılıb. Bu sistemin köməyi ilə həm xəstələrə qulluq göstərilir, həm də onların laborator analizlərinin 10-15 saniyə ərzində göndərilməsi təmin olunur.
Mərkəzin ikinci və üçüncü mərtəbələrində isə poliklinika şöbələri yerləşir. Kolonoskopiya və qastroduodenoskopiya otaqlarında xüsusi avadanlıq quraşdırılıb. Bu mərtəbədə, həmçinin ginekoloji və stomatoloji müayinələr aparmaq da mümkündür. Müalicəvi bədən tərbiyəsi zalında oftalmoloq, nevropatoloq, fizioterapevt otaqları və fizioterapiya zalı da fəaliyyət göstərir.
Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva funksional diaqnostika şəbəkəsindəki rentgen otağında oldular. Buradakı rəqəmsal rentgen cihazı ən son texnologiya əsasında hazırlanıb. Kompyuter tomoqrafiyası 4D rejimində işləyir və bu avadanlıqla kardioloji, uroloji, damar müayinələrini aparmaq mümkündür.
Dövlətimizin başçısı və xanımı laboratoriyada yaradılmış şəraitlə də tanış oldular.
Müalicə-Diaqnostika Mərkəzinin 40 nəfərlik yeməkxanası da vardır.
Bir sözlə, mərkəzin bütün xidmət sahələrində ən müasir standartlara cavab verən şərait yaradılıb.
Azərbaycan prezidenti İlham Əliyev xidmətin şəxsi heyətini və mərkəzin kollektivini təbrik edərək deyib:
- Sizi gözəl Müalicə-Diaqnostika Mərkəzinin açılışı münasibətilə ürəkdən təbrik edir, sizə uğurlar arzulayıram.
İki il bundan əvvəl Xüsusi Dövlət Mühafizə Xidmətinin rəisi müraciət etmişdi ki, yeni diaqnostika-müalicə mərkəzi tikilsin. Mən bu təşəbbüsü dəstəklədim və qısa müddət ərzində gözəl bir mərkəz tikildi. Əvvəlki dövrdə əməkdaşlara lazımi səviyyədə tibbi xidmət göstərilmirdi. Çünki şərait yox idi. İndi isə burada yaradılan şərait hesab edirəm ki, ən yüksək səviyyədədir, həm bina çox gözəldir, rahatdır, genişdir. Daxili dizayn da çox gözəldir. Eyni zamanda, burada ən gözəl, müasir avadanlıq quraşdırılıb. Bu avadanlıqlar imkan verir ki, istənilən xəstəliyin vaxtında müayinəsi və müalicəsi mümkün olsun. Burada müasir əməliyyat blokları vardır. Yəni, ən müasir, dünya səviyyəsinə cavab verən xəstəxananın bütün əlamətləri burada var.
Mən çox şadam ki, qısa müddət ərzində gözəl mərkəz tikilib və Xüsusi Dövlət Mühafizə Xidmətinin əməkdaşlarına burada çox yüksək səviyyəli tibbi xidmət göstərilməlidir. Mən buna əminəm. Əlbəttə, burada quraşdırılan ən müasir avadanlıqda işləmək, bu avadanlığın fəaliyyətini, işini düzgün qurmaq üçün təcrübə lazımdır. Hesab edirəm ki, bu məsələ də öz həllini tapacaq. Beləliklə, sizin üçün gözəl tibbi mərkəz yaradılıb.
Xüsusi Dövlət Mühafizə Xidmətinin çox vacib funksiyaları var. Dövlət obyektlərinin qorunması, dövlət və hökumət qurumlarında işləyən insanların təhlükəsizliyinin təmin edilməsi, digər funksiyaları var. Elə etməliyik ki, Xidmətdə çalışan bütün əməkdaşların sosial problemləri layiqincə həllini tapsın.
Bu tibbi mərkəzin açılışı bu istiqamətdə atılmış gözəl addımdır. Əməkdaşların sosial-məişət problemləri də həll olunur. İstirahət üçün geniş şərait yaradılıb. Yəni, indi sizin xidmətiniz də ölkəmizin ümumi inkişafına uyğun şəkildə inkişaf edir, ən müasir avadanlıqla təchiz edilir. Bu tibbi mərkəzin açılışı bir daha onu göstərir ki, əməkdaşların normal yaşaması üçün Azərbaycan dövləti köməyini əsirgəmir.
Bütövlükdə, ölkəmizdə səhiyyə sisteminin təkmilləşməsi işində son illər ərzində çox vacib addımlar atılıb. Ölkəmizin demək olar ki, bütün bölgələrində yeni, gözəl, müasir tibbi mərkəzlər yaradılıb. Rayon xəstəxanaları əsaslı təmir edilib. Hər bir bölgədə müasir müalicə-diaqnostika mərkəzləri tikilib. Əlbəttə, Bakı şəhərində son bir neçə il ərzində ixtisaslaşdırılmış tibbi mərkəzlər yaradılıb və bu, imkan verir ki, Azərbaycan vətəndaşlarına səviyyəli və keyfiyyətli tibbi xidmət göstərilsin.
Bu gün biz həm bu gözəl müalicə-diaqnostika mərkəzinin açılışını qeyd edirik, eyni zamanda, Bakıda yeni, böyük sağlamlıq mərkəzinin təməl daşını da qoyacağıq. Bu mərkəz də çoxfunksiyalı böyük mərkəz olacaq. Bu mərkəzdə müxtəlif ixtisaslar üzrə bölmələr fəaliyyət göstərəcəkdir. Hesab edirəm ki, Bakı Sağlamlıq Mərkəzinin tikilib istifadəyə verilməsindən sonra şəhərimizin əsas səhiyyə istiqamətləri artıq lazımi səviyyəyə qalxacaq.
Səhiyyə sisteminə göstərilən diqqət hər bir ölkənin niyyətini göstərir. Ölkəmizdə ilk növbədə insanların sosial məsələlərinin həlli üçün işlər görülür. Son illər ərzində bu məsələlər üçün böyük vəsait də ayrılıb. Növbəti illərdə bu siyasət davam etdiriləcək. Elə etməliyik ki, Azərbaycan vətəndaşları yaşadıqları bölgələrdən asılı olmayaraq, istənilən yerdə keyfiyyətli tibbi xidmətlə təmin olunsunlar.
Mən sizi bu gözəl mərkəzin açılışı münasibətilə ürəkdən təbrik etmək istəyirəm. Bir daha demək istəyirəm və çox şadam ki, bu mərkəz qısa müddət ərzində, böyük zövqlə tikilib. Burada quraşdırılan və mənə göstərilən avadanlıq inkişaf etmiş ölkələrin ən qabaqcıl xəstəxanalarında da tətbiq olunur. Bu, belə də olmalıdır. Azərbaycanda tətbiq olunan bütün qabaqcıl təcrübə ən yüksək səviyyədə olmalıdır.
Burada müalicə olunacaq xəstələrin sağlamlığı Mərkəzdə çalışan tibb işçilərindən asılıdır. Əminəm ki, siz çox gözəl tibbi xidmət göstərəcəksiniz və hər halda burada yaradılmış şərait bunu deməyə əsas verir. Bir daha sizi ürəkdən təbrik edirəm və sizə uğurlar arzulayıram.
Daxili siyasət
Bakının işğaldan azad edilməsindən 108 il ötür
Gəncədə Rus-Pravoslav Kilsəsinin 139 illiyi münasibətilə tədbir keçirilib
BMTMM-nin sədrinə 3 müavin təyin edilib - EKSKLÜZİV
Prezidentin xüsusi nümayəndəsi: Xankəndi şəhərində 28 min insan yaşayır
Xəbər Lenti
Rusiya Kiyevə zərbələr endirib, 12 nəfər yaralanıb
“Bitcoin”in qiyməti yenidən 76 min dolları ötüb
Lənkəranda baş verən qəzada ölən və xəsarət alanlar var - YENİLƏNİB 3
FED-in faiz qərarı fonunda ABŞ birjalarında eniş davam edib
Yəməndə hərbi əməliyyatlar 122 mindən çox insanı evindən didərgin salıb
Nepalda sel fəlakətində ölənlərin sayı 1403 nəfərə çatıb
ABŞ Fələstin Milli Administrasiyasının üzvlərinə qarşı sanksiyaları genişləndirib
Nümayəndələr Palatası Rusiyaya qarşı sanksiyaların sərtləşdirilməsini nəzərdə tutan qanun layihəsini qəbul edib
Meloni növbədənkənar parlament seçkilərinin keçirilməsi ehtimalını inkar edib
Tramp dövlət satınalmalarından çıxarılacaq Kanada mallarının siyahısının tərtib edilməsini tapşırıb
Britaniya ordusunun mayoru Ukraynada yol qəzasında ölüb
Karni Ursula fon der Leyen ilə Kanada-AB əməkdaşlığının gücləndirilməsini müzakirə edib
İmişlidə zəlzələ olub
Sabirabadda avtomobil piyadanı vurub öldürüb
XİN: Ukrayna enerji atəşkəsinə hazırdır və Rusiyadan təkliflər gözləyir
CENTCOM: Hörmüzdən 900 milyon bareldən çox xam neftin keçməsinə kömək etdik
Sosial müdafiə və sosial təminat xərclərində 43 milyon manatdan çox artım olacaq
Səhiyyə xərcləri 58 milyon manatdan çox artacaq
Təhsil xərclərində 1,6 faiz artım olacaq
Gələn il Azərbaycanın müdafiə və milli təhlükəsizlik xərcləri 1,1 faiz artacaq
2027-ci ildə Azərbaycanın inflyasiya proqnozu açıqlanıb
Azərbaycanın 2027-ci ildə iqtisadi artımı 3%-ə yaxın proqnozlaşdırılır
Manat gələn il də sabit qalacaq
Gələn ilin büdcəsində neftin qiyməti yenə 65 dollar götürülüb
2027-ci ildə Azərbaycanın dövlət büdcəsi 42 milyard manatdan çox olacaq
Gələn il üzrə icmal büdcənin gəlir və xərcləri açıqlanıb
Paşinyan: Kərkiyə Kərki dedim, çünki bu, Kərkidir
İsveçrədə yüngül təyyarə qəzaya uğrayıb, 3 nəfər ölüb
Azərbaycan səfiri Lavrovun müavini ilə görüşüb
“Mahan Air”in Türkiyə və Omana bəzi uçuşları ləğv edilib
Əli Nağıyev Qazaxıstan Respublikasına səfər edib
Fransada yanacaq təchizatında problemlər yaranıb
ADMİU-nun birinci kurs tələbələri barədə aşağılayıcı ifadələr işlədən şəxs universitetdən xaric edilib
CNN: Rusiya ABŞ obyektlərinə zərbələr endirməsi üçün İrana kəşfiyyat məlumatları ötürüb
Paşinyan qondarma “DQR”-in “nümayəndəliyi”nə məxsus binanın dövlət balansına keçiriləcəyini bildirib
2027-ci ilin dövlət və icmal büdcələrinin layihələri Nazirlər Kabinetinə təqdim edilib
Hikmət Hacıyev Ərəb Media Forumunda Qarabağda və digər bölgələrdə Qafqaz Albaniyasının zəngin xristian irsi barədə danışıb
İlk tədris günündə avtobuslarla rekord sayda sərnişin daşınıb
Ukrayna enerji atəşkəsi ilə bağlı Rusiyadan obyektlərin siyahısını gözləyir
ADY: Şəhərətrafı qatar reyslərinin sayı artırılır - CƏDVƏL
"Reuters": Ukraynanın hücumundan sonra Rusiyada daha iki neft zavodu fəaliyyətini dayandırıb
Firudin Qurbanov Türkiyə-Azərbaycan Universitetinin Bilik Günü tədbirində iştirak edib
Ötən gün metro ilə 605 min nəfərdən çox sərnişin daşınıb
Moskva Avropanı "çox qısamüddətli" müharibə ilə hədələyib
Ermənistanda ağır yol qəzasında 4 nəfər ölüb, 1 nəfər yaralanıb
Seyyid Yəhya Bakuviyə həsr olunmuş konfransın iştirakçıları Şuşa şəhəri ilə tanış olublar - FOTO
Ceyhun Bayramov Pan-Afrika Parlamentinin prezidenti ilə görüşüb
Lavrov: Rusiya Ermənistanın Aİ üzvlüyünə hazırlıq prosesini maliyyələşdirmək niyyətində deyil