Bank Of Baku

AXCP Cəlilabad rayon təşkilatının sədri həbsdən buraxılıb

AXCP Cəlilabad rayon təşkilatının sədri həbsdən buraxılıb
# 05 iyul 2011 14:55 (UTC +04:00)
Bakı. Pərvin Abbasov - APA. AXCP Cəlilabad rayon təşkilatının sədri Təzəxan Mirələmli azadlığa çıxıb. Bu barədə APA-ya partiya sədrinin köməkçisi Faiq Əmirov məlumat verib. O, T. Mirələmlinin bu gün azad edildiyini bildirib.

Qeyd edək ki, AXCP təmsilçisi iyulun 3-də səhər saatlarında Cəlilabad rayon Polis Şöbəsində saxlanılan oğluna yemək apararkən saxlanıb. T. Mirələmli Cəlilabad Rayon Məhkəməsi tərəfindən məhkəmə tərəfindən inzibati qaydada cəzalandırılıb, onun barəsində 2 sutkalıq həbs qərarı çıxarılıb.

Bu il aprelin 5-də T. Mirələmlinin orta məktəb şagirdi olan oğlu öz həmyaşıdını qətlə yetirib. O, hazırda Cəlilabad Rayon Polis Şöbəsində saxlanılır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR