Bank Of Baku

Azərbaycan müxalifətinin “kölgə parlamenti” ilə bağlı yaxın 10 gün ərzində ciddi addımlar atılacaq

Azərbaycan müxalifətinin “kölgə parlamenti” ilə bağlı yaxın 10 gün ərzində ciddi addımlar atılacaq
# 06 iyul 2011 13:35 (UTC +04:00)
Bakı. Ramil Məmmədli - APA. “Partiyaların və siyasi təşkilat liderlərinin “kölgə parlamenti”nin rəhbərliyində təmsil olunmamasına dair qərara gəlmişik”. Bunu APA-ya açıqlamasında Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlu deyib.

O bildirib ki, kölgə parlamentinin yaradılması ilə bağlı danışıqlar aparılır və yaxın 10 gün ərzində ciddi addımlar atılacaq. S. Cəlaloğlu bununla bağlı rəsmi açıqlamanın veriləcəyini də qeyd edib: “Prinsipial məsələlərlə bağlı nüfuzlu şəxslərlə danışıqlar aparılıb. Ümumilikdə 60-dan artıq şəxs öz razılığını verib. Bunların təxminən yarısı partiya mənsubiyyəti olanlardır”. ADP sədri bu qurumda hansısa partiyanın üstünlüyündən söhbət getmədiyini də vurğulayıb.

S. Cəlaloğlu siyasi kuluarlarda “kölgə parlamenti” ideyasının uğursuzluğu ilə bağlı səslənən fikirlərə də münasibətini bildirib: “Heç bir cəmiyyətdə ən mütərəqqi təkliflər belə bütün qüvvələr tərəfindən müsbət qarşılana bilməz. Bunları təbii qəbul edirəm”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR