Azərbaycan prezidenti Sumqayıta səfər edib
Dövlət başçısı yenidənqurma və abadlıq işlərinin yüksək səviyyədə həyata keçirilməsi üçün müvafiq tapşırıq və tövsiyələrini verib. Sonra Azərbaycan prezidenti Heydər Əliyevin Sumqayıt şəhərinin mərkəzindəki abidəsini ziyarət edərək, önünə gül dəstəsi qoyub. Daha sonra dövlət başçısı Nəsimi adına Sumqayıt dənizkənarı mədəniyyət və istirahət parkında görülən əsaslı yenidənqurma və abadlıq işlərinin gedişi ilə tanış olub. Prezident ictimaiyyət nümayəndələri ilə görüşüb.
Dövlət başçısı Sumqayıt şəhər 1 saylı Uşaq-Gənclər İdman Məktəbinin əsaslı təmir və yenidənqurmadan sonra açılışında iştirak edib. Prezident rəmzi açılışını bildirən lenti kəsib. Dövlət başçısı idmançılarla görüşdü, onlarla söhbət edib. Daha sonra prezident məktəblə tanış olub, məktəbin boks trenajor, voleybol, basketbol, fitnes, tennis, boks zallarına və hovuza baxıb, idmançıların nümunəvi çıxışlarını izləyib.
Sonra dövlət başçısı Sumqayıt şəhərinin mərkəzində Heydər Əliyev parkında aparılan abadlıq və quruculuq işləri ilə tanış olub. Prezident parkda tikiləcək Heydər Əliyev Muzeyinin fotoeskizlərinə baxıb. Dövlət başçısına parkın ərazisində görüləcək işlərlə bağlı məlumat verilib.
Azərbaycan dövlətinin başçısı Kimyaçı Mədəniyyət Sarayında aparılan əsaslı təmir və yenidənqurma işləri ilə də tanış olub. Prezident sarayın həyətində Heydər Əliyev meydanının yenidən qurulmasını əks etdirən stendlərə baxıb.
Dövlət başçısı Sumqayıt şəhərindəki Cümə məscidində aparılan əsaslı təmir və yenidənqurma işləri ilə də tanış olub. Məscidin axundu prezidentə görüləcək işlər barədə məlumat verib. Bildirilib ki, məsciddə yeni minarə də tikiləcək. Cümə məscidinin axundu dövlət başçısına müqəddəs Qurani-Kərim hədiyyə edib.
Sonra Prezident İlham Əliyev Sumqayıt Texnologiyalar Parkında yüksəkgərginlikli elektrik avadanlığı zavodunun fəaliyyəti ilə tanış olub. “Azərenerji” ASC prezidenti Etibar Pirverdiyev dövlət başçısına zavod haqqında məlumat verib. Bildirilib ki, müəssisədə dünyanın ən qabaqcıl texnologiyaları ilə hazırlanmış avadanlıq, eləcə də Finlandiya, Almaniya və Türkiyə istehsalı olan əymə, lazer kəsmə dəzgahları və ABŞ-dan alınmış laboratoriya sınaq qurğuları quraşdırılıb. Prezident İ. Əliyev müəssisənin günəş kollektorları və istilik qazanları istehsalı sexini gəzib.
Daha sonra dövlət başçısı Sumqayıt Texnologiyalar Parkında qaynar sinkləmə zavodunun fəaliyyəti ilə tanış olub. Dövlət başçısına məlumat verilib ki, uzunluğu 15 metrə qədər olan polad məmulatın sinklənməsinə tam şəraitin olduğu zavodda tətbiq edilən texnologiya yüksək səmərəli və ekoloji təmiz istehsal prosesini təmin edir. Qeyd edilib ki, zavodun ən son və müasir texnologiyalarla təchiz olunması buraxılan məhsulların keyfiyyətinə və uzunömürlülüyünə tam zəmanət verir.
Bununla da, Azərbaycan prezidentinin Sumqayıta səfəri başa çatıb.
Daxili siyasət
Milli Məclisin növbəti iclaslarının vaxtı və gündəliyi açıqlanıb - YENİLƏNİB
Vyetnamın dövlət televiziyasında Azərbaycanla əməkdaşlığın gücləndirilməsinə dair material yayımlanıb
Milli Məclisin iclası başlayıb
Dekabrda nazir və komitə sədrlərinin vətəndaş qəbulu CƏDVƏLİ
Xəbər Lenti
Tramp 2028-ci il seçkilərində varisini mümkün qədər gec açıqlamaq niyyətindədir
Lənkəranda baş verən qəzada ölən və xəsarət alanların kimliyi məlum olub - YENİLƏNİB
SEPAH Hörmüz boğazında iki gəminin minaya düşməsi ilə bağlı məlumat yayıb
Zelenski Ukraynanın Liviyadakı əməliyyatının tərəfdaşlarla razılaşdırılmadığını etiraf edib
Suriyada hökumət qüvvələrinin mövqelərinə hücum edilib
Hakan Fidan: Məkkə İttifaqının əsas məqsədi sülhə və sabitliyə töhfə verməkdir
Pakistan, Səudiyyə Ərəbistanı və Türkiyə regionda gərginliyin azaldılmasına çağırıb
Almaniya Ukraynaya dəstək üçün 11,6 milyard avro ayıracaq
Ukrayna Qara dənizdə atəşkəs təklif edib, Rusiyadan cavab gözləyir
Ukrayna və Estoniya Azərbaycanla tərəfdaşlıq və əməkdaşlığı gücləndirmək niyyətini bəyan edib
ABŞ Oman körfəzində İran limanından çıxan yük gəmisini vurub
Ceyhun Bayramov: Estoniya səfirliyinin açılması ikitərəfli münasibətlərdə yeni mərhələdir
İran Küveytdəki hücumu Ukraynanın təşkil etdiyini iddia edib
Gələn ay musiqi müəllimlərinin sertifikasiya imtahanı keçiriləcək
Ukrayna ordusu “İsgəndər” raketləri üçün yanacaq istehsal edən zavodu vurub
“Reuters”: Hakerlər ABŞ Hərbi Hava Qüvvələrinin bulud hesablama platformasına müdaxilə edib
Gürcüstan səfiri Türkiyə Xarici İşlər Nazirliyinə çağırılıb - YENİLƏNİB
Ceyhun Bayramov Qətərin dövlət nazirini qəbul edib, siyasi məsləhətləşmələr keçirilib
Baş nazirin müavini Teymur Musayev minatəmizləmə əməliyyatları ilə tanış olub
Abşeronda narkotiklə əlaqəli 8 nəfər saxlanılıb
Moskvada Azərbaycan-Rusiya iqtisadi əməkdaşlığının perspektivləri müzakirə olunub - FOTO
Vergi Xidmətinin sahibkarlardan rüşvət almaqda təqsirləndirilən vəzifəli şəxslərinin məhkəməsi başlayıb
“Şamaxı” sənədli filminin təqdimatı keçiriləcək - VİDEO
Azərbaycanla BMT arasında dayanıqlı inkişaf sahəsində əməkdaşlıq müzakirə edilib
Ekspert: İmtahan sualları ilə məktəb proqramı arasında tarazlıq yaradılmalıdır
Rəsmi İrəvan: Azərbaycan və Ermənistan sülhü institusionallaşdırmaq zərurətini qəbul edib
Yaqub Eyyubov Moskvada MDB İqtisadi Şurasının iclasında iştirak edib - FOTO
Gələn həftə Moskvada MDB hökumət başçılarının iclası keçiriləcək
Oman sahillərində neft tankeri minaya düşüb
“Gənc Hüquq Maarifçiləri” layihəsi yekunlaşıb
Baş katib Lebedev: Azərbaycan gələn il MDB-nin həmsədri, 2028-ci ildə isə sədri olacaq
Azərbaycan-Ermənistan “Sülh körpüsü” dialoqunun beşinci görüşü başa çatıb
Qızıldaşda külək elektrik stansiyasının tikintisi üçün torpaq sahəsi ayrılıb
Milli Məclisin növbəti iclaslarının vaxtı və gündəliyi açıqlanıb - YENİLƏNİB
Lənkəranda avtomobil azyaşlını vuraraq öldürüb, hadisə yerindən qaçan sürücü tutulub - FOTO
Prezident Abşeron dəniz blokuna dair Sazişin yeni redaksiyasını təsdiqləyib
Xocavənd, Ağdam, Xankəndi, Xocalı və Ağdərədə 15 yeni bağça istifadəyə verilib - FOTO
Moskvadan gələn sərnişinin baqajında bəyan edilməyən dərman vasitələri aşkarlanıb
Balakənin keçmiş icra başçısı İslam Rzayev və YAP rayon təşkilatının sabiq sədrinin məhkəməsi başlayıb
Avropa Komissiyası: Orta Dəhlizin potensialından səmərəli istifadə üçün əməkdaşlığın genişləndirilməsi vacibdir
Unibank məktəblilər üçün növbəti maliyyə savadlılığı təlimi keçirib
Dövlət Komitəsində “Açıq qapı” günü keçirilib
Kapital Bank “Mashreq Bank”la 105 milyon dollarlıq saziş imzalayıb
Vyetnamın dövlət televiziyasında Azərbaycanla əməkdaşlığın gücləndirilməsinə dair material yayımlanıb
Nizami Kino Mərkəzinin divarına qraffiti çəkən Belarus vətəndaşı və daha iki nəfərin məhkəməsi başlayıb
ABB enerji sektorunu araşdırıb
Ekspert: Məktəb və qəbul imtahanlarının proqramları uzlaşdırılmalıdır
Yelo Bank və UNEC arasında əməkdaşlıq memorandumu imzalanıb - FOTO