Bank Of Baku

Azərbaycan İslam Partiyası Baş Məclisinin növbəti iclası keçirilib

Azərbaycan İslam Partiyası Baş Məclisinin növbəti iclası keçirilib
# 09 iyul 2011 12:10 (UTC +04:00)
Bakı. Ramil Məmmədli – APA. Bu gün Azərbaycan İslam Partiyası (AİP) Baş Məclisinin növbəti iclası keçirilib. Partiyanın mətbuat xidmətindən APA-ya verilən məlumata görə, AİP-in sədr əvəzi Elçin Manafov bildirib ki, təmsil etdiyi qurum sivil yolla mübarizə aparmağı qarşılarına məqsəd qoyub: “Elə ona görə də artıq üç dəfə Bakı Şəhər İcra Hakimiyyətinə dinc aksiya keçirmək üçün müraciət edib. Bu müraciətlərin heç birinə təəssüf olsun ki, müsbət cavab verilməyib. Əksinə, hər dəfə əsassız və məntiqsiz cavablarla bizə yox deyilib. Hesab edirik ki, ən düzgün mübarizə yolunu seçmişik. Bu istiqamətdə fəaliyyətimizi davam etdirəcəyik”. E. Manafov İslam Partiyasının məqsədinin maarifləndirmə olduğunu qeyd edib. Partiyanın siyasi məsələlər üzrə sədr müavini Akif Hedydərli iqtidarın daxili siyasətini tənqid edib. A. Heydərli Bakının milli meyarlardan uzaqlaşdırıldığını da diqqətə çatdırıb: “Bakı dünyanın bir çox yerlərində yəhudi şəhəri kimi təqdim olunur. Hətta Azərbaycanın simvollarından sayılan Qız qalası yəhudi loqosu ilə təbliğ edilir”. AİP-in ictimai məsələlər üzrə sədr müavini İnqilab Əhədli Prezident Administrasiyasında keçirilən görüş haqqında məlumat verib: “Prezident Aparatında bizi normal qarşılayıb, səmimi müzakirələr apardılar. Əsasən hicab problemi və həbs olunan dindarların azadlığa çıxmaları haqqında xalqın istəyini hakim dairələrin diqqətinə çatdırdıq. Çox təəssüf ki, növbəti dəfə görüş imkanı əldə edə bilmədik”.

İclasda bir sıra yeni təyinatlar da olub. Belə ki, Şahin Əliyev mədəni-maarif məsələlər üzrə sədr müavini təyin olunub. AİP-in Şirvan rayon komitəsinə Əlisafa Əhədov, İmişli rayon komitəsinə Rəmzi Tağıyev, Sabirabad rayon komitəsinə Miraslan Məmmədov, Kürdəmir rayon komitəsinə isə Mehdi Əhmədov sədr seçilib.

Yığıncaqda Türkiyə Böyük Millət Məclisinə keçirilən seçkilərdə AKP-nin qalib gəlməsi münasibətlə Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğana və prezident Abdulla Gülə partiya adından təbrik məktubu da ünvanlanıb. Həmçinin, qəbul edilən bəyanatda isə həbsdə olan AİP sədri Hacı Mövsüm Səmədov və digərlərinin azad olunmasını tələb edilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR