Bank Of Baku

BŞİH AXCP-yə “Təbriz” kinoteatrında tədbir keçirməyə icazə verib

BŞİH AXCP-yə “Təbriz” kinoteatrında tədbir keçirməyə icazə verib
# 11 iyul 2011 08:24 (UTC +04:00)
Bakı. Pərvin Abbasov – APA. Bakı Şəhər İcra Hakimiyyəti (BŞİH) AXCP-yə Azərbaycan Xalq Cəbhəsinin (AXC) yaranmasının 22-ci ildönümü ilə bağlı “Təbriz” kinoteatrında tədbir keçirməyə icazə verib. Bu barədə APA-ya AXCP sədrinin müavini Fuad Qəhrəmanlı bildirib. Onun sözlərinə görə, partiya ilə “Təbriz” kinoteatrının rəhbərliyi arasında müqavilə bu gün bağlanacaq.

F. Qəhrəmanlı bildirib ki, AXC-nin 22 illiyinə həsr olunmuş tədbir iyulun 16-sı saat 11.00-dan 13.0-dək keçiriləcək. Tədbirə siyasi partiyaların rəhbərləri, diplomatik korpusların nümayəndələri və vətəndaş institutunun təmsilçiləri dəvət ediləcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR